SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda ikinci sinif şagirdi əməliyyat zamanı öldü

Bakıda ikinci sinif şagirdi əməliyyat zamanı öldü

Tarix:

18-10-2017, 17:02

/ 59 078 dəfə oxundu.
Bakıda ikinci sinif şagirdi əməliyyat zamanı öldü

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.

Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib.

Yaxınları iddia edib ki, narkoz çox verildiyi üçün uşaq ölüb.

Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ