SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İki məmura “müjdə”: “Azərişıq” və “Azəravtoyol”a korrupsiya yoxlaması gəlir

İki məmura “müjdə”: “Azərişıq” və “Azəravtoyol”a korrupsiya yoxlaması gəlir

Tarix:

9-02-2017, 00:24

/ 2 210 dəfə oxundu.
İki məmura “müjdə”: “Azərişıq” və “Azəravtoyol”a korrupsiya yoxlaması gəlir

Hesablama Palatası iki qurumda yoxlamalara hazırlaşır

Xəbərə görə, “Azərişıq” ASC və “Azəravtoyol” ASC-nin fəaliyyətindəki nöqsanlar təftiş ediləcək.

Məlumatda deyilir ki, hər iki strukturun fəaliyyətində kifayət qədər neqativ hallar və yeyinti faktları var. Bu məsələlər zaman-zaman mediada yazılıb. Palata tərəfindən aparılacaq yoxlama da dövlət qurumlarında araşdırmaların davamıdır.

Ayrı-ayrı dövlət qurumları yoxlamayla bağlı təşviş içərisindədir. Səbəb isə son illər Hesablama Palatasının fəaliyyətində nəzərəçarpacaq güclənmə, istədiyi qurumda yoxlamalar aparmasıdır.

Böyüklüyündən asılı olmayaraq hər bir dövlət qurumu Hesablama Palatasının yoxlamasından çox qorxur. Buna səbəb isə son vaxtlar Hesablama Palatasının apardığı obyektiv yoxlamalar və üzə çıxardığı neqativ hallardır.

Hesablama Palatası Bakı şəhər İcra Hakimiyyətində, “Azərsu” “Azərenerji” və “Azəriqaz” kimi ASC-lərdə, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Gənclər və İdman, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və digər qurumlarda nəzarət tədbirləri həyata keçirib. İcra hakimiyyətlərində də yoxlamalar aparılıb. Böyük yeyinti faktları aşkarlanıb.

Verilən xəbərə görə, növbəti yoxlamanın “Azərişıq” ASC və “Azəravtoyol” ASC-də olacağı gözlənilir.

Hesablama Palatasının fəaliyyətinə qanuna zidd müdaxilə etmək yolverilməzdir. “Azəravtoyol” ASC-nin apardığı yolların tikinti və təmiri işlərində ciddi maxinasiyalar var.

Mətbuat yazıb ki, “Azəravtoyol” ASC-nin nəzdində fəaliyyət göstərən yol tikinti və təmiri idarələrinin və eləcə də tenderlər vasitəsi ilə yol tikintisinə cəlb olunmuş şirkətlərin yük maşınlarının istifadəsində və istismarında ciddi qanun pozuntularına yol verilir. Belə ki, yükdaşımalarla məşgul olan ağır tonnajlı maşınların (əsasən TATRA modelli maşınların) sənədləri (Putyovkaları – qaimələri) sürücülərə ağ formada (yazılmamış) verilir.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sürücülərə təqdim olunan həmin sənədlərdə yükün həcmi, yükün çəkisi, yükün aparılacağı məsafənin uzunluğu göstərilməli olduğu halda bunlar rəhbərlik tərəfindən edilmir.

Həmin ağ vərəqlər sürücülər tərəfindən imzalatdırılaraq Bakı şəhərində yerləşən baş ofisə göndərilir. Baş ofisə ağ halda göndərilən sənədlərdə (putyovkalarda) isə hansı rəqəmlərin yazılmasından sürücülərin xəbəri olmur.

Verilən xəbərə görə, mətbuatda “Azərişıq” ASC-nin fəaliyyətindəki qüsurlar baxımından, rayonlarda aparılan kabelləşdirmə işində yol verilən müxtəlif maxinasiyalardan, şəxsən Baba Rzayevin fəaliyyəti barədə isə, “Santral Elektrik LTD” şirkətinin inhisarçıya çevrilməsi prosesindən bəhs olunub.

“Azərişıq” ASC-nin regionlarda kabelləşdirmə işini həyata keçirən müəssisənin fəaliyyətində ciddi qanun pozuntularına yol verildiyi xəbər verilirdi.

Məsələn, daxil olan məlumatlarda iddia olunur ki, bir ildə “Azərişıq” ASC-yə kompüter avadanlıqlarının alınması üçün 9-10 dəfə tender elan olunub.

Hər dəfə də bu tenderlərin qalibi eyni şirkət, “Bizness-Kommers” MMC olub. İl ərzində bu şirkətin hesabına köçürülən ümumi məbləğ isə, 200 min manat civarında olub.

Şərhlər

XƏBƏR LENTİ