SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Səlim Müslümovun nazirliyi aktyorun pulunu oğurladı

Səlim Müslümovun nazirliyi aktyorun pulunu oğurladı

Tarix:

16-10-2017, 10:02

/ 59 283 dəfə oxundu.
Səlim Müslümovun nazirliyi aktyorun pulunu oğurladı

Azərbaycan teatr və kino aktyoru, Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri İntiqam Soltanın Kapital Bankdakı hesabına keçirəcəyi tədbirlə bağlı pul daxil olub.Məlumatlı mənbədən verilən məlumata görə,teatr rəhbəri banka daxil olan pulunu çıxarmağa getdikdə sürprizlə qarşılaşıb

Kapital Bank rəhbərliyi Səlim Müslümovun rəhbəri olduğu nazirliyin göstərişi ilə bütün pulu aktyora xəbər vermədən nazirliyin hesabına yönəldib.

Bankdakı adını açıqlamayan mənbə bildirir ki, İntiqam Soltan hadisədən bərk əsəbiləşib və birbaşa nazirliyə üz tutub. Nazirlikdən bildirilib ki, guya aktyorun nazirliyə 2 min manatdan çox ödəməyən borcu var.

Aktyor tələb etdikdən sonra,dəqiqləşmək aparılır və məlum olur ki, nəinki aktyorun Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə borcu,əksinə nazirliyin aktyora borcu varmış. Hadisədən sonra nazirlik qeyri-qanuni addımına görə İntiqam Soltandan üzür istəyirlər və etdikləri bu qanunsuz oğurluğu aradan qaldırmaq üçün həmin pulu aktyorun yenidən hesabına qaytarırlar.

Hadisə ilə bağlı müxbirimiz İntiqam Soltanın əlaqə saxlayaraq məlumatın doğru olub olmadığını öyrənib.Aktyor hadisəni təkzib etməsə də,onu da bildirib ki,hər şey qaydasındadır.

veteinfo.az

Şərhlər

XƏBƏR LENTİ