yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İtkin düşən yol polisi işdən çıxarıldı

İtkin düşən yol polisi işdən çıxarıldı
7-02-2017, 16:28 546 dəfə baxılıb
yüklənir...

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİDYPİ) Növbətçi Hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib

Bu barədə BŞBPİDYPİ-dən məlumat verilib.

Məlumata görə, Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb. O, vəzifə borcunu yerinə yetirərkən işinə qarşı laqeyd münasibət bəslədiyinə görə polis sıralarından xaric edilib.

Qeyd edək ki, fevralın 2-dən 3-nə keçən gecə Ə.Kərimov ona təhkim olunmuş "90-YP-460" dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb. Avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsusdur. Ə.Kərimov Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ