yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Yaşar Məmmədov Asəf Məlikovu məhkəməyə verdi - Pedofillik

Yaşar Məmmədov Asəf Məlikovu məhkəməyə verdi - Pedofillik
13-10-2017, 15:03 108 264 dəfə baxılıb
yüklənir...

Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) vitse-prezidenti Yaşar Məmmədov qurumun sabiq baş katibi Asəf Məlikovu məhkəməyə verib.

Bu barədə Report-a 82 yaşlı funksionerin özü bildirib.

Y.Məmmədov onu pedofillikdə ittiham etdiyi üçün A.Məlikovu məhkəməyə üz tutduğunu söyləyib. Vitse-prezidentin sözlərinə görə, bununla bağlı Azərbaycan milli komandasının üzvləri də məhkəməyə müraciət ediblər: “Mənə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindən oktyabrın 19-da saat 15:45 üçün bildiriş gəlib. Yığma komandanın üzvləri – Sevil və Sevinc Bünyatova bacıları, Elmira Xudaverdiyeva, həmçinin Samirə Hüseynova da məhkəməyə müraciət ediblər. Onların öz vəkilləri var. Məlikovun məndə səs yazısı var. Deyir ki, qoy, pedofillik ittihamına görə məni məhkəməyə versin, uzağı 300 - 500 manat cərimə kəsəcəklər. Əvəzində Yaşar Məmmədovu bütün dünyada biabır edəcəyəm. Bu adamın 3 qızı qılıncoynatma ilə məşğul olur. Təsəvvür edirsiniz? Əvəzində bu cür ittihamla çıxış edir. Yığmadakı qızlar 8 yaşlarından bəri rəhbərliyim altında 20 ildir məşq edirlər. Onlara müxtəlif ölkələrdə yarışlarda olmuşuq. Aralarında evli olanlar da var. Bu cür ittiham olar? Mənim 82 yaşım var”.

Məsələ ilə bağlı açıqlama verən A.Məlikov isə məhkəmədən bildiriş almadığını söyləyib: “Bununla bağlı nə şifahi, nə də rəsmi bildiriş almışam. Məhkəmə olsa, xəbər tutacaqsınız. Şəxsən mən ona “pedofil” deməmişəm. Yenə də özü bilər”.

Qeyd edək ki, hazırda AQF-nin prezidenti təhsil naziri Mikayıl Cabbarovdur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , Pedofillik, mehkemeye, Memmedov, Melikovu, verdi, Asef, Yashar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ