SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

Tarix:

7-02-2017, 16:07

/ 3 578 dəfə oxundu.
“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub.

Jurnalın bu nömrəsində “Multikulturalizmin Azərbaycan modeli dünya üçün örnəkdir”, “Dünyamızın bilinən ən incə təbəqəsi – Qrafen”, “Qobustanda qayıq təsvirləri”, “Pirəvənd tayfasının izi ilə”, “Azərbaycan faunasının öyrənilməsində zooloqlarımızın əvəzsiz rolu”, “Ana dili dərslərində interaktiv təlim metodlarından istifadənin əhəmiyyəti” və digər məqalələr öz əksini tapıb.

1961-ci ildən başlayaraq nəşr olunan “Elm və həyat” jurnalının məqsədi Azərbaycan elminin və elmi biliklərin populyarlaşdırılmasıdır.

Qeyd edək ki, jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul katibi isə AMEA-nın “Mətbuat orqanları şöbəsi”nin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Turan Rəhimovadır.

Şərhlər

XƏBƏR LENTİ