yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Dövlət qayğısını pula çevirən kimlərdir? - GİLEY

Dövlət qayğısını pula çevirən kimlərdir? - GİLEY
13-10-2017, 09:23 89 212 dəfə baxılıb

“Hərəmiz bir ölkədə öz maddi imkanlarımız hesabına böyrək transplantasiyası keçirmişik. Dərman problemlərimiz hələ də həll olunmayıb. Dərmanlar hər ay gecikir, üstəlik də yarımcan insanlar bu dərmanları yalnız bir ünvandan əldə edə bilirlər”. Böyrək transplantasiyası keçirmiş bir qrup xəstə bu ilin iyununda yerli KİV-də dövlət tərəfindən ömürlük verilən pulsuz dərmanların gecikməsindən şikayətlənmişdi. Hazırda xəstələr yenə müraciət ediblər. Onlar dərmanların həftələrlə gecikdirilməsi səbəbindən vəziyyətlərinin ağırlaşdığını bildirirlər.

Oqtay Şahbazov: “İmmunosupressiv dərmanlar olmasa, yaşaya bilmərik. Bizi həyatda saxlayan məhz dövlətin pulsuz verdiyi həmin dərmanlardır. Gündəlik qəbul etdiyimiz dərmanlar kəsiləndə vəziyyətimiz ağırlaşır. Bu dərmanlar tapılmır, tapanda isə çox baha qiymətə tapırıq. Hər kəsin almaq imkanı olmur. Aylardır bu gecikmələr hər dəfə təkrarlanır. Hər dəfə söz verirlər ki, gələn ay vaxtında veriləcək, növbəti ay çatanda yenə eyni durumla qarşılaşırıq. Səhiyyə nazirinə müraciətlərimiz cavabsız qalır, o üzdən də artıq birbaşa prezidentə və vitse-prezidentə müraciət edirik, bizi öldürməsinlər. Adam var ki, həyatda qalmaq üçün ev-eşiyini satıb, xaricdə özünə böyrək köçürüb gəlib, burda dərmanları vaxtında qəbul etmədiyindən səhhətində ağırlaşmalar başlayıb”.

Xəstələr dərmanlarla 25 gündən bir təmin olunmalıdır. Ancaq demələrinə görə, aylardır ki, 35-40 günün tamamında dərmanı zorla əldə edirlər. Səbuhi Bayramov 5 il əvvəl əməliyyat olunub, deyir, “Selsep” dərmanını vaxtında qəbul etməsə, böyrəyi funksiyasını dayandıra bilər:

“’Semaşko’da dializ şöbəsinin qarşısında toplaşırıq, saatlarla gözləyirik, dərman tələb edirik, əsəbiləşirik… Təzyiqim 50-yə düşür, birtəhər özümü evə çatdırıram. Artıq yorulmuşam. Xəstə insanların olan-qalan canı da dərman növbələrində, gözləmələrdə əldən gedir”.

Xəstələri narahat edən ikinci məsələ dərmanların bir mərkəzdən verilməsiylə bağlıdır. Səbuhi Bayramov: “Ayrı-ayrı bölgələrdən, qəsəbələrdən gəlirik. Hər ay gəlməliyik. Üstəlik, dərmanlar gecikdiyi üçün hər gün gəlirik. Xəstəliyimizə görə ictimai nəqliyyatdan istifadə edə bilmirik, məcburuq ki, taksi ilə gələk. Həm maddi imkanımız yol vermir, həm də yay-qış bu yolları gedib-gəlmək səhhətimizi ağırlaşdırır. İstədiyimiz odur ki, dərmanlar yaşadığımız ərazilər üzrə poliklinikalarda verilsin. Səhiyyə Nazirliyi üçün bu problemi həll etmək su içimi kimi bir şeydir”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: pula, , kimlerdir, Dovlet, GLEY, cheviren, qaygisini
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

11-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ