SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gəncədə müəllimin bıçaqlanmasına ADAU-dan reaksiya

Gəncədə müəllimin bıçaqlanmasına ADAU-dan reaksiya

Tarix:

11-10-2017, 19:10

/ 85 266 dəfə oxundu.
Gəncədə müəllimin bıçaqlanmasına ADAU-dan reaksiya

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Gəncə şəhərində bıçaqlanmış müəllimin bu ali təhsil ocağında işləməsi barədə yayılan məlumatllara münasibət bildirib.
ADAU-dan "Report"un Qərb bürosuna bildirilib ki, bu universitetdə Sənan Tahirov ad-soyadlı müəllim çalışmır və universitetin ərazisində hər hansı bir bıçaqlanma hadisəsi olmayıb.
Qeyd edək ki, bıçaqlanan şəxsin şəhərdə fəaliyyət göstərən kurslardan birinin müəllimi olduğu bildirilir.
*** 16:58
Gəncə şəhərində müəllim bıçaqlanıb.
1985-ci il təvəllüdlü Sənan Vəli oğlu Tahirov otağında bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Onun şəhərdə fəaliyyət göstərən kursların birinin müəllimi olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ