SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans başa çatıb

Kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans başa çatıb

Tarix:

11-10-2017, 16:44

/ 82 476 dəfə oxundu.
Kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans başa çatıb

Azərbaycan Respublikası Prokurorluğu, Beynəlxalq Prokurorlar Assosiasiyası, Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Kibercinayətkarlıqla mübarizəyə dair Konfrans” öz işini yekunlaşdırmışdır.

xalqxeber.az-a Baş Prokurorluqdan daxil olan informasiyada qeyd olunur ki, tədbir çərçivəsində kibercinayətlərin formaları, bu növ cinayətlərin ibtidai istintaqı və cinayət təqibi, ortaya çıxan problemlər və onların həlli yolları, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən çirkli pulların yuyulması və digər cinayətlər, elektron sübutların əldə edilməsi, ekspertizası və onların məhkəmə təcrübəsində istifadəsi, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq mövzuları geniş müzakirə edilmiş, praktiki məsələlərlə bağlı iştirakçıların sualları ətraflı cavablandırılmışdır.

Konfrans zamanı Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar, müsbət iş təcrübəsi, o cümlədən “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı keçirilmiş təqdimatlar iştirakçıların marağına səbəb olmuşdur.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində və 5 saylı “ASAN Xidmət” mərkəzində olmuş, ölkəmizin tarixi, mədəniyyəti ilə və xidmət tərəfindən həyata keçirilən tədbirlərlə yaxından tanış olmuşlar.

Tədbirin sonunda konfransın yekunlarını özündə əks etdirən və kibercinayətkarlığa, çirkli pulların yuyulmasına və korrupsiyaya qarşı mübarizə sahəsində hüquq mühafizə və maliyyə nəzarəti orqanları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və əməkdaşlığa dair qərarlar qəbul edilmiş, iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Konfrans iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə etmişlər.

Şərhlər

XƏBƏR LENTİ