SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əsabil Qasımovun şirkəti İlham Əliyevin tələblərinə qarşı gedir - Müdhiş faktlar

Əsabil Qasımovun şirkəti İlham Əliyevin tələblərinə qarşı gedir - Müdhiş faktlar

Tarix:

10-10-2017, 09:43

/ 69 640 dəfə oxundu.
Əsabil Qasımovun şirkəti İlham Əliyevin tələblərinə qarşı gedir - Müdhiş faktlar

İmişlinin biznesmen-deputatı Əsabil Qasımov Bakıda prezident İlham Əliyevin tələblərinə qarşı getməkdədir
Oliqarx millət vəkilinə məxsus olduğu deyilən “SKY Residence” MMC-nin yaşıllıqları məhv etməsi cəzalanması ilə nəticələnə bilər.
Belə ki, “SKY Residence” MMC oktyabrın 8-də Şərifzadə 162 ünvanında “yaşıl soyqırım” həyata keçirib.
Həmin binanın qarşısındakı yaşıllığı uzun zamandır ki, hasara almışdılar və sakinlərə bəlli idi ki, sözügedən ərazidə yerləşən ağaclar məhv ediləcək.
Elə bu səbəbdən də ətraf binalarda yaşayan insanlar ağacların qırılmasına imkan vermirdilər. Buna baxmayaraq, şirkətin əməkdaşları həmin ərazidəki ağacları kəsmək üçün bir neçə dəfə cəhd ediblər.
Bu barədə gununsesi.info yazıb ki, onlar gecə saatlarında texnikanı yeridib ağacları məhv ediblər. Sakinlərin sözlərinə görə, həmin ağacların 40 ildən artıq yaşı vardı. Bir gün içərisində şirkət bu ünvanda olan onlarla ağacı məhv edib.
Son dövrlərdə Yasamal Rayon İcra Hakimiyyətinin iş adamları ilə əlbir olaraq həyata keçirdikləri layihələrin icrası zamanı vətəndaşların hüquqları kobud surətdə pozulur, yaşıllıqlar məhv edilir.
Buna misal olaraq bir müddət öncə Yasamal rayonu, Zahid Xəlil küçəsində, Abbas Mirzə Şərifzadə küçəsi 162 və 174 ünvanında, “İnşaatçılar” metrosunun yanında beşmərtəbəli binaların sökülməsini qeyd etmək olar.
Lakin Ə.Qasımov Mətbuat prospektində yaşıllıqlara “divan tutan” şirkətin cəzalandırılması və prezidentin məsələyə reaksiyasını deyəsən, unudub. Deputatın şirkəti ağaclara qənim kəsilərək onları məhv edir.
Ə.Qasımov kifayət qədər qalmaqallarda adı keçmiş deputatdır. O, daha çox biznesi ilə tanınır.
Seçiciləri ilə görüşməsi, problemlərini həll etməsi Ə.Qasımova xas olmayan cəhətlərdir. “Karat Holdinq” şirkəti daxil olmaqla, “Karat MTK”, “İdeal MMC”, “İzmir MMC” (tikinti şirkətləri), “Azinvest” Tikinti Şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC (dəyirman və un alğı-satqısı), Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki, ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində), “Gəncə Fatoğlu” (un dəyirmanı), Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran, Bakı şəhəri Səməd Vurğun küçəsində “Ağ Saray” binası, Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina, İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina, Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” şirkətləri və digər daşınmaz əmlaklara sahib olan deputat haqda başqa iddialar da var.
Deyilənə görə, Ə.Qasımov vaxtilə bunları qorumaq üçün MTN şefi Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan bir neçə generalla yaxınlıq edib. Habelə, onu biznesinin Ermənistana qədər ayaq açması söylənir.
Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra onun oğlu Taleh və yaxın qohumları Umud, İntiqam və Qərib həyata keçirsə də faktiki rəhbərlik və nəzarəti yenə də deputat özü həyata keçirib.
İndisə deputatın daha bir şirkəti Yasamalda ağacları genosid edir. Xatırladaq ki, Yasamal rayonunda söküntü layihəsinə cəmi 18 qəzalı bina salınıb.
Ancaq görünən odur ki, məmurlar qəzalı binaları kənara qoyub, onlara daha çox pul qazanmaq imkanı yaradan ərazilərdəki möhkəm binaları sökmək fikrinə düşüblər.
Bu haqda müraciət də olmuşdu. Məsələn, bizim 8-bloklu 112-mənzilli, 5-mərtəbəli daş binalar heç vaxt təmir olunmasa da, istinad divarları möhkəmdir.
Hər iki bina zəlzələyə davam gətirən binalar sırasındadır. Bu binaların həyətində 334 ədəd müxtəlif növ ağac və 65 ədəd gül kolları var. Binalarımızla bərabər bu yaşıllıqlar da məhv olacaq”.
Bu cümlələr Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 174, 176, 180 və 182 saylı binaların sakinləri tərəfindən ölkə başçısı İlham Əliyevə ünvanlanıb. Sakinlər söküntü qərarlarının ləğvini xahiş edirlər.

Şərhlər

XƏBƏR LENTİ