SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "İrşad Telecom" 1 illik zəmanət vədinə əməl etmədi - ŞİKAYƏT

"İrşad Telecom" 1 illik zəmanət vədinə əməl etmədi - ŞİKAYƏT

Tarix:

7-10-2017, 15:08

/ 91 054 dəfə oxundu.
"İrşad Telecom" 1 illik zəmanət vədinə əməl etmədi - ŞİKAYƏT

İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində bir sıra problemlər aradan qaldırılsa da, görüləsi çox iş var. Hələ də istehlakçılar vaxtı ötmüş məhsullardan, mənşəyi məlum olmayan mallardan, keyfiyyətsiz avadanlıqlardan və ən əsası "müştəri məmnuniyyəti" prinsipi ilə pərdələnən kobud münasibətdən sığortalanmayıb.

Şikayətlərin əksəriyyəti isə mobil telefonlardandır. Bu gün Neftçala rayon sakini redaksiya ilə əlaqə saxlayaraq "İrşad Telecom"dan şikayətini ictimailəşdirməyimizi xaiş etdi.

Neftçala rayon sakini Mecidov Yusif şikayətində bildirdi ki, İrşad Telekomdan 3 aydır aldığı HTC mobil telefonu öz özünə xarab olub.O mobil telefonu servisə təqdim edərək 1 illik zamanətinin olduğunu bildirib.Lakin, üstündən 10 gün keçdikdən sonra servis ona bildirib ki, sizin mobil telfonunuz əlinizdən düşüb onun üçün biz bunu ödənişli təmir edə bilərik.Şikayətçi onlara bildirib ki, əgər belə idisə niyə məndən mobil teli aldığınız zaman bunu mənə demədiniz?Xatırladaq ki, İstehsalçıdan qüsurlu olan telefonun pulsuz təmirini isə satışı həyata keçirən mağazalar öz üzərinə götürür.

Şikayətçi öz sözlərində bildirdi ki, "İrşad Telekom"un zəmanət kartı müştərilərdən pul qoparmağa hesablanıb. Servisin bu xidməti başdan-ayağa dələduzluq üzərində qurulub. Şikayətçi qeyd edib ki, "İrşad Telecom"da qarşılaşdığı özbaşınalıq və süründürməçiliklə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də şikayət edib.

Şərhlər

XƏBƏR LENTİ