SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda “Sehrli Xalça” da narazılıq yaradır - VİDEO

Bakıda “Sehrli Xalça” da narazılıq yaradır - VİDEO

Tarix:

7-10-2017, 13:12

/ 99 290 dəfə oxundu.
Bakıda “Sehrli Xalça” da narazılıq yaradır - VİDEO

Bakıda fəaliyyət göstərən xalça yuma şirkətlərindən birində xoşagəlməz hal baş verib. Belə ki, “Sehrli Xalça” adlı təmizlik şirkəti müştəriyə məxsus xalçanı zədəli halda təhvil verib. Bu barədə müştəri sosial şəbəkədə yazıb: “Yayda “Sehrli Xalça” adlı şirkətə xalçaları yumağa vermişdim. Təhvil aldıqdan sonra açıb baxmamışam. Havalar indi soyuduğu üçün paketdən çıxardım. Xalçanı iki yerə bölüb, sonra da ağ sapla tikiblər. Məsələ ilə bağlı şirkətin “Whatsapp” nömrəsinə şikayətimi bildirdim və fotolar atdım. Araşdıracayıq dedilər. Daha sonra gördüm ki, həmin nömrədən məni qara siyahıya atıblar”. Sözügedən məsələ ilə bağlı şirkətin özü ilə əlaqə saxladıq. Bildirdilər ki, hadisə ilə bağlı heç bir məlumatları yoxdur: “İndi siz deyirsiniz, bilirəm. Belə bir faktla bağlı bizə şikayət daxil olmayıb. Ümumiyyətlə, elə bir halın olması mümkün deyil. Hələ indiyə kimi heç bir müştəri xalçalarının zədələnməsi ilə bağlı şikayət etməyib. Həm biz necə inanaq ki, həqiqətən xalça bizdən sonra elə olub? Bəlkə əvvəldən elə imiş? Bunun əksini necə sübut edə bilərsiniz? Bu məsələyə münasibət bildirməyə belə gərək duymuram, çünki heç inandırıcı bir şey deyil. Amma əgər doğurdan elə bir şey olubsa, xanım əlaqə saxlasın, biz onun şikayətini dəyərləndirəcəyik?”.
PrimeTime.az

Şərhlər

XƏBƏR LENTİ