SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ATV-də yeni təyinat - Yeni vitse-prezident

ATV-də yeni təyinat - Yeni vitse-prezident

Tarix:

6-10-2017, 16:28

/ 106 688 dəfə oxundu.
ATV-də yeni təyinat - Yeni vitse-prezident

Azad Azərbaycan telekanalının yeni vitse-prezidentinin kimliyi bəlli olub. Əldə etdiyimiz məlumata görə, telekanalda bu vəzifəni tanınmış teleaparıcı və müxtəlif layihələrin rəhbəri Lamiyyə Ələkbərqızı yerinə yetirəcək. O, ATV-dəki vəzifəsinin icrasına bu gündən başlayır. Qeyd edək ki, 11 il AzTV, 11 il isə Lider TV-də çalışan Lamiyyə Ələkbərqızı bir müddət öncə İctimai Tv-nin musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi. Məlumat üçün bildirək ki, ötən ay ATV-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılmışdı. Xəbəri təsdiq etmək üçün Lamiyyə xanımla əlaqə saxlasaq da o, məlum nömrələrinə cavab vermədi.

PrimeTime.az

Şərhlər

XƏBƏR LENTİ