SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gözəl Bayramlının həbs müddəti artırıldı

Gözəl Bayramlının həbs müddəti artırıldı

Tarix:

6-10-2017, 13:11

/ 89 848 dəfə oxundu.
Gözəl Bayramlının həbs müddəti artırıldı

Bu gün Nəsimi rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə baş prokurorun müavini Rüstəm Usubovun təqdimatına baxılıb.
Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə həmin təqdimat əsasında müstəntiqin verdiyi müddətin 2 ay artırılmasına dair vəsatəti təmin edilib. G.Bayramlının daha 2 ay həbsdə saxlanılmasına qərar verilib.

Rəsmi məlumata görə, 25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla G.Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

Şərhlər

XƏBƏR LENTİ