SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirlik qanunsuz ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət etdi

Nazirlik qanunsuz ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət etdi

Tarix:

6-10-2017, 12:55

/ 88 993 dəfə oxundu.
Nazirlik qanunsuz ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəvilə kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əraziyə keçirilən baxış zamanı Lənkəran rayonu Separadi-Tükəvilə avtomobil yolunun sağ tərəfində, tarlaqoruyucu zolaqda yaşköküstə 20-44 sm diametrliyində 30 ağacın (ağcaqayın və küknar) kəsildiyi məlum olub.

Araşdırma zamanı sözügedən ərazinin Separadi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğu və təbiətə 8100 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun qaydada akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran şəhər Prokurorluğuna göndərilib.
Nazirlik qanunsuz ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət etdi
Nazirlik qanunsuz ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət etdi
Nazirlik qanunsuz ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət etdi

Şərhlər

XƏBƏR LENTİ