SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından vəhşilik - İti al-qana boyadılar - VİDEO

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından vəhşilik - İti al-qana boyadılar - VİDEO

Tarix:

6-10-2017, 12:25

/ 89 104 dəfə oxundu.
Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından vəhşilik - İti al-qana boyadılar - VİDEO

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının küçə itlərinə qarşı qəddarlığını əks etdirən görüntülər yayılıb.

Görüntülərdə sahibsiz itləri küçələrdən təmizləmək məqsədilə aparılan işlərin BŞİH əməkdaşları tərəfindən heç də insanı qaydalar çərçivəsində həyata keçirilmədiyi görünür. Belə ki, qurum əməkdaşları iti yaraladıqdan sonra boynu və ağzına dəmir halqa keçirərək, al-qan içində maşına mindirməyə çalışıblar. Hadisə Bakı şəhərinin 4-cü mikrorayon ərazisində baş verib.

Ortaya çıxan görüntü insanlar tərəfindən hiddətlə qarşılanıb və bəzi vətəndaşlar qurumun bu qeyri-insanı hərəkəti həyata keçirən əməkdaşlarına ciddi iradlarını bildiriblər.

Sözügedən kadrları sizə təqdim edirik.

Şərhlər

XƏBƏR LENTİ