SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 326 saylı məktəbin direktorunun oğlu qaçqın kimi Almaniyada ola- ola 10-cu sinfində təhsil alır

326 saylı məktəbin direktorunun oğlu qaçqın kimi Almaniyada ola- ola 10-cu sinfində təhsil alır

Tarix:

6-10-2017, 09:48

/ 91 469 dəfə oxundu.
326 saylı məktəbin direktorunun oğlu qaçqın kimi Almaniyada ola- ola 10-cu sinfində təhsil alır

xalqxeber.az-ın elektron ünvanına daxil olan şikayət mıəktubu təhsilimizdə baş verən biabırçılıqları əks etdirir. Şikayət məktubunu olduğu kimi sizə təqdim edirk:

"Mən Xəzər rayonu Binə qəsəbəsində yerləşən 326 saylı məktəbdə müəllim işləyirəm. Məktəbimiz Heydər Əliyev Fondu hesabına yenidən tikilib, direktorumuz Faiq Suvarov məktəbi öz cibindən təmir etdirdiyini indi pul yığıb ona verməyimizi tələb edir. Dərs saatlarını da pulla bölür. 300 manat verməyənə normal dərs yoxdur. Faiq Suvarov dövləti aldadır. Qardaşı Fikrət Suvarov Almaniyada siyasi mühacir statusu aldıqdan sonra Faiqin oğlu 326 saylı məktəbin 10-cu sinif şagirdi İlhamı da öz yanına aparıb. İlham Suvarovun adı 326 saylı məktəbdə gedir, özü də Almaniyada qaçqın kimi hər ay 300 avro pul alır. Faiq hər il 4-5 nəfəri pul alıb saxta sənədlərlə Almaniyaya göndərir, hələ üstəlik bizdən də rüşvət tələb edir. Bütün qohumlarını tanışlarını Almaniyaya qaçqın göndərib. Burdan Almaniyaya göndərdiyi hər kəsdən pul toplayır. Almaniyanın Nürnberq şəhərində yaşayan qardaşı isə hava limanında Azərbaycandan gələnləri qarşılayıb onlardan pul alaraq qaçqın düşərgəsinə yollayır.Xahiş edirik gəlin jurnalları yoxlayın görək Almaniyada qaçqın həyatı yaşayan İlham 326 saylı məktəbdə necə qiymət alıb, sinifdən sinfə keçib? "

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ