SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 327 nömrəli məktəbdə hədiyyə "bazarı"

327 nömrəli məktəbdə hədiyyə "bazarı"

Tarix:

5-10-2017, 23:02

/ 108 818 dəfə oxundu.
327 nömrəli məktəbdə hədiyyə "bazarı"

Son illər ölkədə müsbət istiqamətdə atılan addımlar və həyata keçirilən tədbirlər nəticəsində təhsil sektorunda inkişaf tempi müşahidə edilməkdədir. Yeni məktəb binalarının tikintisi, tədris prosesinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi kimi müsbət tendensiyalar artıq günün tələbinə çevrilib və təkcə paytaxt deyil, eləcə də regionlarda bu irəliləyişlər müşahidə edilir. Ancaq çox təssüflər olsun ki, bir çox hallarda bu sahədə çalışan rəhbər şəxslər, səlahiyyət sahibləri təhsil sahəsini inkişaf etdirmək əvəzinə ona mane olur, ciddi nöqsanlara yol verir. Elə redaksiyamıza daxil olan şikayət məktubunda da məhz bu sahədə, daha dəqiq desək Suraxanı rayonu 327 nömrəli tam orta məktəbdə mövcud olan nöqsanlardan bəhs edilir. Belə ki, Nazirliyin “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin "146" qaynar xəttinə müraciət edə bilərlər. Bu halların hər biri araşdırılacaq. Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər" xəbərdarlığını nəzərə almayan məktəb direktoru,müavin və müəllimləri yol verdikləri korrupsiya və rüşvətxorluq əməllərini yenə də davam etdiriblər. Yeni təyin olunmuş məktəb direktoru İsmayılova Roza Darvin qızı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təhsilimizə, ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirməyə çalışır, bütün bu işlərin həyata keçirilməsini isə təlim-tərbiyə üzrə müavini Abdullayeva Yeganə Qalib qızına həvalə edib. Direktor müavini isə hər şeyi öz axarı elə idarə edir ki, sanki heç rüşvət faktı ortada yoxdur.
Məsələni araşdırmaq üçün adıçəkilən məktəbə yollandıq. Gördüklərimiz bizi sözün həqiqi mənasında çox təccübləndirdi. Sanki olduğumuz məkan məktəb deyil bir kənd təsərrüfatı məhsullarının satış bazarıdır. Şagirdlərin mötəbər günlərdə öz sevimli müəllimlərinə aldıqları gül, tort və bəzək əşyaları artıq adı çəkilən məktəb kollektivini qane etmir və bu səbəbdən ərzaq məhsulu ``hədiyyələri`` tələb etməyə başlayıblar.
Bu məsələ ilə bağlı direktor Roza İsmayılova ilə söhbətimizdə bildirdi ki, ``Məktəbin həyətində baş verənlər, olanlara biz cavabdeh deyilik. Biz yalnız məktəb binası daxilində baş verənlərə cavabdehik``. Çox maraqlıdır ki, məktəb səlahiyyətləri təkcə bina daxilinə aiddirsə niyə məktəblər üçün Nazirlik tərəfindən həyətyanı sahələr ayrılır? Alınan rüşvət və hədiyyələrlə bağlı sualımıza cavab olaraq isə direktor bildirdi ki, ``Qarşısını ala bilmirəm. Valideynlər özləri öz istəkləri ilə hədiyyə gətirmək istəyirlər``. Anlamadığımız odur ki, direktor təyin edilən bir şəxs necə ola bilərki tabeçiliyində olan kollektivi idarə etməkdə bu qədər çətinlik çəksin... Kollektivi qanunsuzluqdan uzaqlaşdıra bilməyən şəxs rəhbərlik etdiyi məktəbdə təhsil alan şagirdləri təhsilə, elmə, vətənpərvərliyə necə həvəsləndirə bilər? Sizcə bu Azərbaycan təhsili üçün təhlükə mənbəyi deyilmi?
Bizə acınacaqlı gələn isə təhsil ocağının qarşısında ``hədiyyə`` olaraq kartof , soğan görməyimiz oldu. Bundan əlavə ``hədiyyə`` yığımına başları bərk qarışan direktor və müavini məktəbdə baş verən kiçik fövqalədə hadisələrdən o qədər xəbərsizdilər ki, texniki işçilərə adi bir pəncərə şüşəsinin dəyişdirilməsi göstərişini verə bilmirlər. Halbuki, bizim kiçik dediyimiz bu hadisələrdən daha böyük hadisələr törənə bilər.
Ümid edirik ki, Təhsil Nazirliyi, Bakı şəhər Baş Təhsil İdarəsi məktəbdə baş verən bu qədər özbaşınalıqları lazımi qaydada araşdıraraq , tədbirlərini görəcəklər.
Bu yaxınlarda həmin məktəb haqqında redaksiyamıza daxil olan digər şikayət məktubunu da araşdıraraq işıqlandıracağıq. Bizi izləməyə davam edin.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

XəbərAl.az

Şərhlər

XƏBƏR LENTİ