SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Deyirlər, «sürüşmə zonasıdır, burda niyə ev tikmisiz?" - ŞİKAYƏT

"Deyirlər, «sürüşmə zonasıdır, burda niyə ev tikmisiz?" - ŞİKAYƏT

Tarix:

5-10-2017, 15:44

/ 107 594 dəfə oxundu.
"Deyirlər, «sürüşmə zonasıdır, burda niyə ev tikmisiz?" - ŞİKAYƏT

«Deyirlər, «sürüşmə zonasıdır, burda niyə ev tikmisiz?». Deyirik, «bu yeri bizə siz satmısız. Biz bu evləri tikəndə hara baxırdız?»». Bunu Şamaxının girişinə yaxın ərazidə ev tikib yaşayan sakinlərdən biri Ramiz Salamov deyir.

Qeyd olunan ərazidə son bir neçə ildə onlarla ev tikilib və hazırda güclü yağıntı nəticəsində aktivləşən torpaq sürüşməsi həmin tikililərə təhlükə yaradıb. R.Salamov deyir, evlərin divarlarında və hasarlarda dərin çatlar əmələ gəlib: «Evimizin divarları tamamilə aralanıb. Fövqəladə Hallar Nazirliyinin işçiləri xəbərdarlıq ediblər ki, sürüşmə bir az da aktivləşsə, evlər dağılacaq. Dağıntı altında qalmamaq üçün evlərimizdən çıxmağımızı tövsiyə edirlər. Yeri olan yığışıb getdi, yeri olmayan Allahın ümidinə qalıb».

Ərazidə yaşayan başqa sakin İlkin Qəmbərov deyir, son 3 gündə güclənən torpaq axını ərazidəki yollarda piyadaların və avtomobillərin hərəkətini əngəlləyib. Ərazidən avtomobillərin hərəkəti təhlükəli olsa da, heç yerdə qadağa işarəsi qoyulmayıb: «Yalandan yola daş filan yığıblar. Biri götürüb o daşı kənara atsa, o ərazidən avtomobil keçsə, qəza baş verəcək. Bu yolların sürücülər və piyadalar üçün nə dərəcədə təhlükəli olması, deyəsən, məmurlara çatmır».

Sakinlərin deməsinə görə, torpaq qatları günbəgün evlərə yaxınlaşır. Torpaq layları yaxınlaşdıqca, insanların həyəcanı da artır.

Şərhlər

XƏBƏR LENTİ