SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 399 nəfər məhkəməyə verildi

399 nəfər məhkəməyə verildi

Tarix:

3-10-2017, 12:39

/ 82 581 dəfə oxundu.
399 nəfər məhkəməyə verildi

“Azəriqaz” İB tərəfindən 399 abonentə məhkəmə iddiası qaldırılıb. Bu barədə Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Belə ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaların qaldırılması üçün aprel ayı ərzində 550 abonent üzrə 473 min manat, may ayı ərzində 1408 abonent üzrə 1449 min manat, iyun ayları ərzində isə 627 abonent üzrə 354 min manat debitor borc siyahısı hazırlanıb. 399 abonentə məhkəmə iddiası qaldırılıb. Təbii qazdan istifadəyə görə yaranmış borcun ödənişini təmin etməyən 66624 abonentin qaz təminatı dayandırılıb.

Qeyri-əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla may ayı ərzində 6755 min manat, iyun ayı ərzində isə 4091 min manat debitor borc yığılıb.14 nazirlik və 12 digər büdcə təşkilatları üzrə 32302 min manat borcun ödənilməsi üçün həmin təşkilatlara rəsmi müraciət olunub. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaların qaldırılması üçün aprel ayı ərzində 155 müəssisə üzrə 12921 min manat, iyun ayı ərzində isə 328 müəssisə üzrə 2240 min manat debitor borc siyahısı təqdim olunub. 96 müəssisəyə məhkəmə iddiası qaldırılıb.

Şərhlər

XƏBƏR LENTİ