SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » BNA və Araz Mirzəyev 39 nömrəli avtobusun öldürdüyü qadının qanını batırmaq istəyir - İDDİA

BNA və Araz Mirzəyev 39 nömrəli avtobusun öldürdüyü qadının qanını batırmaq istəyir - İDDİA

Tarix:

2-10-2017, 17:40

/ 80 441 dəfə oxundu.
BNA və Araz Mirzəyev 39 nömrəli avtobusun öldürdüyü qadının qanını batırmaq istəyir - İDDİA

Xəbər verdiyimiz kimi, sentyabr ayının 14-də Bakının Yasamal rayonunda 39 nömrəli marşrut avtobusunun piyadalar üçün ayrılmış yerdə dayanan vurduğu qadın dünyasını dəyişib. Azyaşlı övladını kənara atan ana onu ölümdən son anda xilas edib.
Ailəyə yaxın olan mənbənin verdiyi məlumata görə, hadisədən sonra Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi bərk qəzəblənib və hadisəni törədən 39 nömrəli marşrutun ləğv edilməsi qərarını verib.
39 saylı marşrut avtobusu sahibkar Araz Mirzəyevə aid olan "Araz" şirkətinə aiddir. Sahibkar mediaya açıqlamasında hadisəni törədən sürücü Saatov Hakim Aslan oğlu saxlanıldığını deyib.
Ancaq sonradan məlum olub ki, sürücünün sürücülük vəsiqəsi olmayıb və o qanunsuz şəkildə avtobusu idarə edib. Eyni zamanda o avtobusu qoyaraq, hadisə yerindən qaçıb. Qadın isə avtobusun altında qalaraq həlak olub. Bu məlumatı əldə edən Bakı Nəqliyyat Agentliyi marşrutun ləğv ediləcəyi anonsunu verib.
Bundan sonra Ayaz Mirzəyev tez-tələsik yeni şirkət qurmaq qərarına gəlib və "Araz" şirkətinin adını dəyişib, başqa adla fəaliyyətini davam etdirmək istəyib. Ona bu işdə Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov yardımçı olacağına söz verib. Bu yerdə qeyd etmək yerinə düşər ki, Mübariz Abbasov keçmiş Nəqliyyat Naziri Ziya Məmmədova yaxınlığı ilə tanınır.
Nəqliyyatda yükdaşıma, sərnişindaşıma üzrə şöbənin keçmiş rəisi olan Tofiq Qurbanov bir müddət öncə mətbuata verdiyi müsahibəsində Mübariz Abbasov haqda ifşaedici faktlar açıqlamışdı. Belə ki, vaxtilə Ziya Məmmədovun tabeçiliyində olan Bakı Avtovağzalının idarəolunmasını "M-TRANS” şirkətinə verilən zaman Mübariz Abbasov rəhbər vəzifədə çalışıb. Ziya Məmmədov sahibkarlığı inkişaf etdirmək adı altında bütün rayon daşımalarını oğluna və onun dostu Mübariz Abbasova verib.
T.Qurbanovun dediklərindən sitat: "Əvvəl "M-TRANS”a nazirin oğlu Anarın yaxın dostu Mübariz Abbasovu direktor təyin edirlər. Anar uşaq, Mübariz də qurd... Baxırlar ki, bu qədər avtobus var, gecə-gündüz daşımalar var, ondan-bundan yığılan pullar var, ancaq kassa boşdur. Ziya Məmmədov da ona göstərilən cüzi pulla yaxın düşmür. Departamentin rəisi Çingiz Baxışovla Mübariz Abbasovu yanına çağırıb gəliri-çıxdaşı hesablamağa başlayır. Mübarizlə Çingiz elə nazirin yanındaca tutuşurlar. Bir-birlərinə söyüşün biri bir qəpikdən. Məsələ bununla bitir ki, Mübarizi işdən qovurlar".
Bu sözləri Tofiq Qurbanov deyib. Maraqlı məqam ondan ibarətdir ki, bu cür qalmaqaldan sonra Mübariz Abbasov yenidən vəzifəyə təyin olunub və bu gün BNA-da sədrin müşaviridir. Ona hansı qüvvənin dəstək verdiyi isə sual altındadır.
Məlumatı verən mənbənin dediyinə görə, hazırda marşrut xətlərinin kuratoru Mübariz Abbasovdur və xətt açmaq istəyənlər mütləq ona "hörmət" etməlidirlər. Qəzada adıçəkilən şirkətin rəhbəri Ayaz Mirzəyev də məhz bu yaxınlıqdan istifadə edərək şirkətinin adını dəyişərək. fəaliyyətini davam etdirmək istəyir.
Görünən odur ki, BNA-nın baş direktoru Vüsal Kərimlinin bu işlərdən xəbəri yoxdur və Ziya Məmmədovun kadrları hələ də nəqliyyat sistemində "at oynadır".

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

AZXEBER.COM

Şərhlər

XƏBƏR LENTİ