SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Polislər üçün yeni medal təsis olundu

Polislər üçün yeni medal təsis olundu

Tarix:

2-10-2017, 16:41

/ 79 987 dəfə oxundu.
Polislər üçün yeni medal təsis olundu

Azərbaycan polisləri üçün yeni medal təsis olunub.

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununa dəyişiklik edilib. Dəyişikliyə əsasən, "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı təsis olunub. Yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Şərhlər

XƏBƏR LENTİ