SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Maştağa sakinləri qaza həsrət qalıb - ŞİKAYƏT

Maştağa sakinləri qaza həsrət qalıb - ŞİKAYƏT

Tarix:

2-10-2017, 16:20

/ 79 814 dəfə oxundu.
Maştağa sakinləri qaza həsrət qalıb - ŞİKAYƏT

Havaların gözlənilmədən soyumasıyla əlaqədar qaz təminatı ilə bağlı problemlər artmağa başlayıb.
Bakının Maştağa qəsəbəsinin sakinləri havalar soyuyandan qaz üzünə həsrət qalıblar.
Yaranan problemlə əlaqədar redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçinin bildirdiyinə görə, artıq 4 gündür ki, mavi yanacaq yox dərəcəsindədir.
Qəsəbənin Xanlar küçəsində yerləşən əksər mənzillərdə qaz yoxdur.
Problemlə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbəliyev əməkdaşımıza açıqlama verib. O deyib ki, bu kimi hallardan dolayı 104 Çağrı Mərkəzinə muraciət etmək lazımdır.
“Bizim çağrı mərkəzinə müraciət edəndən sonra qaz xətlərinin üzərindəki qurğular vasitəsilə tənzimləmə işləri aparırlar və bununla da təbii qazın verilişi qaydaya salınır. Günlərlə qazın olmaması mümkün deyil, ola bilər ki, zəiflik müşahidə edilsin. Hansı ərazidə təbii qazın azalması müşahidə olunsa, 104 Çağrı Mərkəzi sutkanın 24 saatı fəaliyyət göstərir. Müraciət olunur, aidiyyatı üzrə sahəyə ötürürlər, əməkdaşlarımız tərəfindən yerində baxış keçirilir, qazın verilməsindəki problem tənzimlənir”.

cebhe.info

Şərhlər

XƏBƏR LENTİ