SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Süleyman Mikayılov da bahalaşmaya öz töhfəsini verir - İDDİA

Süleyman Mikayılov da bahalaşmaya öz töhfəsini verir - İDDİA

Tarix:

2-10-2017, 16:08

/ 79 689 dəfə oxundu.
Süleyman Mikayılov da bahalaşmaya öz töhfəsini verir - İDDİA

Redaksiyaya daxil olan məlumata əsasən son bir neçə gün ərzində Qaradağ rayonu ərazisində fəaliyyət göstərən mişar daşları istehsal edən sexlərdə qiymətlər artıb. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, Qaradağın icra başçısı Süleyman Mikayılovun adından karxanalardan “haqq” toplayan “nümayəndələr” qış mövsümi ilə əlaqədar əsasən karxanalara qiymətləri artırmaq üçün məcbur ediliblər.
Bizimlə danışan iş adamlarından biri deyir ki, artıq hər kub üçün alınan əlavə pullar 5 manat artıb. “Xüsusilə də, yol-təmiri və tikintisində istifadə edilən doğranmış mişar daşları və karbonatın qiymətində hər kuba görə 10 manat bahalaşma var. El arasında “Şaqman” kimi tanınan yük maşınları ilə Bakıya yağışlar yağmamışdan əvvəl 130 manata sexlərdən çıxarmaq olurdusa, indi 180 manata alırıq. Sexlərin müdirləri deyir ki, buna səbəb son günlər Qaradağ İcra Hakimiyyəti adından gələrək daxili yolların təmirinə pulsuz karbonat (mişar daşının doğranmış halı red) daşıyırlar. Sex müdirləri deyir ki, məmurlar aldıqları karbonatın pulunu vermirlər deyə, onlar da məcbur olub qiymətləri artırırlar. Nəticədə məmurların pulsuz aldıqları karbonata görə, öz yollarını təmir etdirmək istəyən sakinlər əziyyət çəkirlər” deyə həmsöbətimiz olan bazar iştirakçılarından biri dedi.
Süleyman Mikayılovun karxanalardan pulsuz karbonat götürməsi isə heç də əslində sadə vətəndaşlar üçün adıçəkilən rayonda məhəllə daxili yolların təmiri üçün deyilmiş. Bilgi verən mənbə iddia edir ki, icra başçısı özünə Şıxov yaxınlığında dəniz sahilində böyük bir villa inşa etdirir. Məhz bu villa üçün dənizin içərilərinə doğru böyük bir yol – dəhliz inşa edilməlidir deyə doğramnış mişar daşları da ora daşınır.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Gundeminfo.az

Şərhlər

XƏBƏR LENTİ