SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda orta məktəblər pullu olacaq (RƏSMİ)

Bakıda orta məktəblər pullu olacaq (RƏSMİ)

Tarix:

28-09-2017, 15:32

/ 106 867 dəfə oxundu.
Bakıda orta məktəblər pullu olacaq (RƏSMİ)

2020-ci ilə qədər məktəblər özünümaliyyələşdirmə sisteminə keçməlidir.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu barədə təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub:

"Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda məktəblərdə özünümaliyyələşdirməyə keçməmişik. Lakin bu iş 2020-ci ilə qədər bitməlidir".

M.Vəliyeva qeyd edib ki, təhsil sahəsində son 2 il ərzində islahatların aparılması ilə yanaşı, beynəlxalq təcrübənin tətbiqinə də geniş yer verilib:

"Bu gün təhsil sahəsində vacib islahatlar aparılır. Bunların hamısının təməlini ümumtəhsil təşkil edir. Bu sahədə çalışan hər bir kəs üzərinə düşən məsuliyyəti dərk edir. Ümumtəhsil sahəsi təhsil sisteminin təməl sütunudur və şəxsiyyətin formalaşması buradan başlayır".

Şərhlər

XƏBƏR LENTİ