SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Səkkiz min pulu mənimsənilən Qarabağ əlili ölkə başçısından kömək istədi - FOTOLAR

Səkkiz min pulu mənimsənilən Qarabağ əlili ölkə başçısından kömək istədi - FOTOLAR

Tarix:

27-09-2017, 16:26

/ 54 334 dəfə oxundu.
Səkkiz min pulu mənimsənilən Qarabağ əlili ölkə başçısından kömək istədi - FOTOLAR

Şikayət məktubu ünvanlayan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi PMK-2-də müvəqqəti məskunlaşan Laçın rayon sakini Qarabağ müharibəsi əlili İsmayılov İsrail Sabir oğlu ölkə başçısından kömək istəyib.

Müraciətdə deyilir:

Hörmətli cənab prezident!

Yazıb sizə bildirmək istəyirəm ki, mən İsmayılov İsrail Sabir oğlu Laçın rayonundan məcburi köçkünəm və eyni zamanda Qarabağ döyüşlərində əlil olmuşam. 1991-ci ildə Xocalı özünümüdafiə batalyonunda xidmətə başlamışam. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin ən ağır günündə onların yanında olmuşam. Döyüşləri davam etdirib 1997-ci ilə qədər xidmət etmişəm. Zabitəm və ikinci Qrup Qarabağ əliliyəm.

Mən 2011-ci ildə uzaq qohumum Abbasov Ümidəli Aydın oğlu tərəfindən aldadılmışam. O, dələduzluq yolu ilə məndən 8000 (səkkiz min) manat pul alaraq qohumumu polisə işə düzəldəcəyinə söz verdi. Lakin heç bir iş görmədi və mənim pulumu geri də qaytarmadı. Mən bu barədə hüquq-mühafizə orqanlarına müraciət etdim. Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi polis polkovnik-leytenantı E.T.İbrahimovun 6 dekabr 2013-cü il tarixli qərarından göründüyü kimi göstərilən fakta görə Qaradağ RPİ-nin 22-ci PB-nin təhqiqatçısı Natiq Həsənov tərəfindən araşdırmalar aparılmış, göstərilən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 130070665 saylı cinayət işi başlanaraq icraata qəbul edilmiş və toplanan materiallar Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir. Nəsimi RPİ-nin İŞ-də 130070665 saylı cinayət işi araşdırılmamış və mən bu barədə Nəsimi rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişəm. Nəsimi rayon prokurorunun müavini, baş ədliyyə müşaviri Rauf Qasımovun 16 iyun 2016-cı il tarixli N 299-Ş-16 saylı cavab məktubunda qeyd edilir ki, Nəsimi rayon prokurorluğuna daxil olmuş müraciət Nəsimi RPİ-nin rəisi polis polkovniki cənab Musa Musayevə göndərilir və araşdırılaraq nəticəsi barədə mənə məlumat verilməsi xahiş edilir. Eyni zamanda Nəsimi rayon prokurorunun müavini ədliyyə müşaviri cənab Rauf Qasımovun 21 dekabr 2016-cı il tarixli N 299-Ş-16 saylı məktubu Nəsimi rayon RPİ-nin İŞ-nin rəisi polis polkovnik-leytenantı cənab Oruc Əmiraslanova göndərilir.

Azərbaycan Respublikası baş prokuroru DİQ-nin istintaq və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini baş ədliyyə müşaviri Müşfiq Səfərovun 10 mart 2017-ci il tarixli 05/12791-13 saylı cavab məktubunda mənə bildirilir ki, toplanmış materiallar əsasında 06 dekabr 2013-cü il tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışır. 15 mart 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır.

Xüsusi olaraq qeyd edim ki, şikayət etdiyim Ümidəli Aydın oğlu barəsində Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Rəşad Həsənovun icraatında olan 130070665 saylı cinayət işi mövcud olmasına baxmayaraq eyni zamanda həmin iş materiallarından göründüyü kimi Nəsimi RPİ-nin 22-ci PB-nin təhqiqatçısı və Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Abbasov Ümidəli Aydın oğlundan izahat alınmasına baxmayaraq mənə ünvanlanan cavab məktublarlnda qeyd edilir ki, 15 mart 2014-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsi ilə cinayət təqibi icraat təqibi dayandırılmışdır. Cinayət işi baş idarədə öyrənilərək 16 mart 2017-ci ildı iş üzrə tapşırıq verilmişdir. Halbu ki, Abbasov Ümidəli Aydın oğlundan izahat alınarkən şəkili çəkilib və məndən iki dəfə 4 min manat aldığını və Əzizə veridiyini izahatında etiraf edib.

Hörmətli cənab prezident!

Sizdən xahiş edirəm ki, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Rəşad Həsənovun icraatında olan 130070665 saylı cinayət işinin süründərməçiliyinə son qoyulması və ədalətli araşdırılması üçün aidiyyatı orqanlara lazımı göstəriş və tapşırıqlarınızı verəsiniz.

Əvvəlcədən sizə özüm və ailəm adından minnətdarlığımı bildirirəm.
İsmayılov İsrail Sabir oğlu.

Moderator.az
Səkkiz min pulu mənimsənilən Qarabağ əlili ölkə başçısından kömək istədi - FOTOLAR
Səkkiz min pulu mənimsənilən Qarabağ əlili ölkə başçısından kömək istədi - FOTOLAR
Səkkiz min pulu mənimsənilən Qarabağ əlili ölkə başçısından kömək istədi - FOTOLAR
Səkkiz min pulu mənimsənilən Qarabağ əlili ölkə başçısından kömək istədi - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ