yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi
27-09-2017, 15:20 53 200 dəfə baxılıb

İmişli rayonunun Sarıxanlı kəndində baytarın orta məktəbə direktor təyin edildiyi iddia edilir.

Xalqxeber.Az xəbər verir ki, bu barədə AzNews.az-a sözü gedən kəndin sakini Zaur Məhərrəmov adlı şəxs məlumat verib. Adı çəkilən şəxs iddia edib ki, 1 nömrəli Sarıxanlı kənd orta məktəbinə təyin edilən Sahil Vəliyev ixtisasca baytardır:

"O, hazırda kənd təsərrüfatı ilə məşğuldur. Onu bu vəzifəyə Təhsil şöbəsinin müdiri Ramiz müəllim qoyub. Bundan başqa o, həm də dil-ədəbiyyat müəllimi işləyir. Bu ixtisasla bağlı isə onun qanuni diplomu yoxdur. Saxta diplomla işləyir. Onun bu diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır”.

Zaur Məhərrəmov qeyd edib ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib: "Məktəbdə özbaşınalıqdır, kimin gəldi adını yazıb ştat doldurub. Mənim övladlarım orada oxuyur və bizi narahat edir. Mala- qoyuna iynə vuran adam necə dərs keçə bilər? Belə təhsil olar? Narazılıq edəndə də bildirir ki, "pulumu verib direkor olmuşam. Heç kəs məni işdən çıxara bilməz”.

Məsələ ilə bağlı İmişli rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov isə Sarıxanlı kənd 1 nömrəli orta məktəbin direktoru Sahil Vəliyev barəsində dediyi bütün iddialarə əsassız hesab edir: "Sahil Vəliyev həmin məktəbdə direktor müavini işləyirdi. Qanuna əsasən direktor işdən çıxanda müavin direktor əvəzi təyin edilir. Sahil Vəliyev baytar deyıl".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , mekteb, Baytar, shok, edildi, direktoru, teyin, Azerbaycanda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ