SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Tegeta Motors"a kim zəmanət verir? - Reaksiyalar

"Tegeta Motors"a kim zəmanət verir? - Reaksiyalar

Tarix:

6-02-2017, 09:57

/ 3 670 dəfə oxundu.
"Tegeta Motors"a kim zəmanət verir? - Reaksiyalar

2017-ci il yanvarın 31-də LEGİON saytında ““Tegeta Motors” şirkətində azərbaycanlılar işləmir” başlıqlı yazı dərc olunmuşdu.

Bu yazıda sabiq MTN başçısı Eldar Mahmudova məxsus olan avtomobil satış mərkəzinin yenidən fəaliyyətə başlaması barədə deyilirdi. “Temur Koxodzeyə məxsus olan “Tegeta Motors” şirkətinin filialı “Aztech Tegeta Motors” şirkətinin 2017-ci il fevralın 15-də açılışı gözlənilir. “Tegeta Motors” 2011-ci il dekabrın 18-də İrəvanda Ermənistanda ilk multibrend servis mərkəzi və “Flash Tegeta Motors” baş ofisi açıb.

Qərara gəldik ki, araşdırsın, doğrudanmı “Tegeta Motors”un Ermənistanda filialı var və doğrudanmı bu şirkət Azərbaycanda törəmə şirkət açmağa hazırlaşır? Şirkətin nümayəndələri LEGİON-a bildirdilər ki, “Tegeta Motors” həqiqətən də Bakıda filial açmağa hazırlaşır. “Tegeta Motors” şirkətinin nümayəndəsi Georgiy Laladze bizə bildirib ki, onun şirkətində azərbaycanlılar işləmirlər. Şirkətin digər əməkdaşı Tata Qoqua bildirdi ki, “Tegeta Motors”un, Ermənistanda filialıyoxdur.
“Əvvəllər həqiqətən də bizim Ermənistanda filialımız var idi. Amma bu gün Ermənistanda öz filialımız yoxdur. Amma biz orada öz filialımızı açmaq niyyətindəyik”, – deyə Tata Qoqua bildirib”, – bu yazıda bildirlirdi.
“Azərbaycan ərazisində, Ermənistanla əməkdaşlıq edən şirkətlərin fəaliyyətinin əleyhinəyəm”, – deyə Milli Məclisin sabiq deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Sabir Rüstəmxanlı bildirib. “Bu şirkətlərin fəaliyyətinə icazə verilməsini alçaqlıq və Vətənə xəyanət kimi dəyərləndirirəm”, – deyə partiya lideri bildirib.
“Əgər “Tegeta Motors” şirkətinin ofisində ermənilər işləyirlərsə, azərbaycanlılar isə orada yoxdurlarsa, onda Azərbaycan hakimiyyəti onun fəaliyyətinə qadağa qoya bilər”, – deyə Milli Məclisin deputatı, Böyük Quruluş partiyasının lideri Fazil Qəzənfəroğlu bildirib.
Vətən Müharibəsi Əlilləri İctiamai Birliyinin sədri, Firidun Məmmədov qəti olaraq Azərbaycanda “Tegeta Motors” şirkətinin fəaliyyətinin əleyhinədir. “Kim zəmanət verə bilər ki, “Tegeta Motors” şirkətinin erməni əməkdaşları Azərbaycanda casusluqla məşğul olmayacaqlar, üstəlik, nəzərə alsaq ki, bu şirkət Ermənistan ərazisində Azərbaycandan daha əvvəl fəaliyyət göstərib?”, – deyə Firudin Məmmədov sual verir .
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Ermənistanda filialı olan “Tegeta Motors” şirkətinin Azərbaycanda da törəmə şirkət açmağına mənfi yanaşır. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqları azad edilməyincə, Ermənistanla hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz,”, – deyə Emin Həsənli bildirdi.
“Axı söhbət erməni şirkəti yox, gürcü şirkəti barədə gedir”, – jurnalistimiz xatırlatdı. “Bəli, amma bu gürcü şirkəti Ermənistanla əməkdaşlıq edib, indi isə Azərbaycanla əməkdaşlıq etmək istəyir”, – deyə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirdi.

Şərhlər

XƏBƏR LENTİ