SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezidentin xəbərdarlığı və ya Xətaidə dərs çıxarılmayan kiçik parkda ağaclar niyə quruyur? + FOTO

Prezidentin xəbərdarlığı və ya Xətaidə dərs çıxarılmayan kiçik parkda ağaclar niyə quruyur? + FOTO

Tarix:

27-09-2017, 13:15

/ 56 388 dəfə oxundu.
Prezidentin xəbərdarlığı və ya Xətaidə dərs çıxarılmayan kiçik parkda ağaclar niyə quruyur? + FOTO

Xətai rayonunda yaşayış binasının sakinlərin ərazidə olan kiçik parkın dəmir "reşotka"ya alınaraq, ora heç kimin buraxılmaması bir yana, hələ üstəlik, ərazidəki ağacların müəmmaı şəkildə quru(dul)masının araşdırımasını istəyirlər.
Bu barədə rayonun S.Vəzirov küçəsi 11 və 15-də yaşayan 8 binanın bir qrup sakinləri məlumat veriblər.
Sakinlər Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leya Əliyevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və Ekologiya və Təbii Sərvətər Nazirliyinə üz tutaraq, camaatın park deyə xitab elədiyi yaşıllığın qanunsuz hasardan xilas edilməsi ilə yanaşı, orada ağacların niyə qurudulmasının aparılmasını xahiş edirlər.

"Hörmətli Prezident!

Siz hər zaman yaşılıq ərazilərin qorunmasına xüsusi diqqətə yanaşıbsız. Hətta bir çox icra başçıları və iş adamlarını məhz ağac soyqırımına görə ağır cəzalanıdırıbsınız.
Sizin belə prinsipial mövqeyiniz biz seçicilərinizin ürəyindən xəbər verir, tərəfimizdən böyük sevinclə qarşılanır. Bəli, siz dayanmadan işəyir, xaıqın sosial və ictimai həyatını diqqətdə saxlayırsınız.
Ancaq təəssüf ki, bəzi yerli məmurlar sizin apardığınız sosial-iqtisadı, ictimai layihələri dərk etmir. Bu məmurlar hətta Mehriban xanımla Leyla xanımın tez-tez ağac əkib, yaşılıq salmaq kimi nəcib əməllərini də görüb, qiymətləndirə bilmirər. Bəli, çox təəssüf ki, Sizin, Mehriban xanımla Leyla xanımın humanist addımlarınızı nə yazıq ki, yerlərdəki məmurlar anlaya bilmirlər.
Elə yaşadığımız Xətai rayonu, S.Vəzirov küçəsində də bənzər vəziyyət yaranıb. Rayon rəhbərliyi illərdir ərazidə mövcud olan 8 binanın yüzlərlə sakinlərinin istirahət etdiyi, uşaqlarımızın oynadığı 15 sotluq kiçik, ancaq yaşıllıqla zəngin parkı kiməsə satıblar. Naməlum şəxslər də 6-7 aydır həmin parkı dəmir "reşotka"ya alaraq, girişi məhdudlaşdırıblar.

Möhtərəm Prezident!
Diqqətinz çatdıraq ki, təxminən bir il əvvəl də həmin parkda tikinti aparmaq istədilər. Lakin sakinlər bir nəfər kimi etiraz elədi. Bundan sonra rayon İcra Hakimiyyəti tikintini dayandırdı.
Ancaq sonradan həmin park dəmir hasara alındı, bir neçə ay əvvəl isə əvvəldən qoyumuş giriş qapısını da qıfıllayıblar. Bununla da parkdakı ağacları gizli məhv edib, tikintiyə başlayacaqları istiqamətində böyük bir addım atmış olduqlarından dərhal Sizə müraciət etdik. Bundan sonra proses dayandı. Lakin hasar sökülmədi, ancaq dediyimiz kimi, qapıya qıfıl qoyub, sakinlərin girişinə bu günə kimi imkan vermirlər.
Bu günlərdə isə həmin parkdakı ağacların birdən-birə tək-tək quruduğunu, sağlam ağacların yıxıldığını müşahidə edirik. Sanki kimlərdə gecəylə həmin ağacların diblərinə müxtəlif maddələr töküb, təbii məhvinə çalışır.
Görünür, bununla da həmin ərazini yaşıllıqdan arındırb, tikinti aparmaq istəyirlər. Biz yerli sakinlər belə düşünürük və hesab edirik ki, bu faktın yerində araşdırılıb, nə dərəcə doğru olduğunu dəqiqəşdirmək gərəkdir. Bunun üçünsə dövətin müəyyən qurumları təcili hərəkətə keçməlidir.

Cənab Prezident!

Biz həmin parkda 5-6 ay əvvəl çəkilmiş şəkilləri də Sizə təqdim edirik. Həmin şəkillərdən ərazidəki ağacların vəziyyəti çox açıq görünür. Eə bu şəkillərə indiki vəziyyəti rahat müqayisə edib, belə diri ağacların necə və niyə birdən-birə qurumasını araşdırmaq mümkündür.
Bizə maraqlıdır, rayon İcra Hakimiyyəti bunu niyə görmür? Niyə maraqlanmırlar? Niyə insanların "nəfəs"liyini kəsirlər? Axı, hər şeyə, xüsusən təbiətin qəsdinə durmaqla pul qazanmaq, belə qanunsuzluğa yol vermək hansı qanuna sığa bilər?!.
Cənab prezident, xahiş edirik, pul qazanmaq üçün mövcud qanunvericiliyi və tikinti normativ qaydalarını kobud şəkildə pozan və bununla da bizim ali hüquqlarımızı əlimizdən almalarına imkan verməyin. Xahiş edirik, ərazidə qurumuş ağacların laborator müayinəsi aparılsın, əgər bu ağaclar məqsədi sıradan çıxarıırsa, günühkarlar cəzalandırılsın.
İnanırıq, əgər Siz və hörmətli Mehriban xanım Əliyeva müdaxilə etməsəniz, bu "incə gediş"lə yaxın günlərdə yerli məmurlar bu parkdakı ağacları tamamilə məhv edəcəkər. Əminik ki, Sizlər həmin parkın hasarını da, qıfılını da götürdüb, sakinlərin istirahət hüququnu da, Bakının nəfəsliyini də təmin edəcəksiniz... ".

Məsələ ilə bağlı Xətai İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik.

Onları da dinləməyə hazırıq.

Mia.az
Prezidentin xəbərdarlığı və ya Xətaidə dərs çıxarılmayan kiçik parkda ağaclar niyə quruyur? + FOTO
Prezidentin xəbərdarlığı və ya Xətaidə dərs çıxarılmayan kiçik parkda ağaclar niyə quruyur? + FOTO

Şərhlər

XƏBƏR LENTİ