SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Üfunət iyindən Mədəniyyət evinə girmək mümkün deyil

Üfunət iyindən Mədəniyyət evinə girmək mümkün deyil

Tarix:

26-09-2017, 19:50

/ 51 837 dəfə oxundu.
Üfunət iyindən Mədəniyyət evinə girmək mümkün deyil

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bilgəh qəsəbə Mədəniyyət evi yararsız vəziyyətdədir.

Bu barədə bizimyol.info-ya Bilgəh sakini Kamran Mirzəzadə bildirib.

O deyir ki, acınacaqlı vəziyyətlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə dəfələrlə müraciət ediblər: “Bu qurum da bizim etdiyim müraciəti Sabunçu rayon İcra Hakimiyyətinə göndərib. Yerli icra hakimiyyəti də müraciətimizə baxılması üçün bələdiyyəyə göndərib. Nəticə budur ki müsbət dəyişiklik baş verməyir. Mədəniyyət evinin tavanı çöküb, “pol”u çürüyüb. Otaqların şəraiti bərbad vəziyyətdədir. Üfunət iyisidən Mədəniyyət evinə daxil olmaq mümkünsüz deyil”.

Şərhlər

XƏBƏR LENTİ