SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 304 nömrəli məktəb-liseydə müəllim şagirdlərə məcburi şəkildə əlavə dərslik aldırır

304 nömrəli məktəb-liseydə müəllim şagirdlərə məcburi şəkildə əlavə dərslik aldırır

Tarix:

26-09-2017, 16:28

/ 59 419 dəfə oxundu.
304 nömrəli məktəb-liseydə müəllim şagirdlərə məcburi şəkildə əlavə dərslik aldırır

Bakı şəhər Nərimanov rayon 304 nömrəli məktəb-liseydə müəllim şagirdlərə məcburi olaraq əlavə dərsliklər aldırır.

Bu barədə daxil olan məlumatda bildirilir ki, məktəbin riyaziyyat müəllimi olan Məhluqə xanım şagirdləri Malik Namazovun məktəblilər üçün yazdığı dərslikləri almağa məcbur edir.

Məsələ ilə bağlı məktəbin direktoru İradə Hüseynova ilə əlaqə saxladıq. O, açıqlamasında bildirdi ki, əgər hansısa valideynin müəllimlə problemi varsa məktəbə müraciət etsin:

"Şikayətçi kimdirsə mənə müraciət etsin, mən də yerində tədbir görüm. Əgər müəllimə kitab almağı tapşırıbsa, ona deyərəm ki, aldırmasın. Valideynin məktəbin içərisində müəllimlə problemi varsa, vətəndaşların qəbulu qaydası var. Mən onun problemini həll etməsəm, o zaman sizə müraciət edə bilər".

"Qaynarinfo"

Şərhlər

XƏBƏR LENTİ