SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Odlar Yurdu”na tələbə düzəltmək istəyən müəllimə hökm oxundu

“Odlar Yurdu”na tələbə düzəltmək istəyən müəllimə hökm oxundu

Tarix:

26-09-2017, 12:31

/ 55 043 dəfə oxundu.
“Odlar Yurdu”na tələbə düzəltmək istəyən müəllimə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hüseynağa Əsədov və Ceyhun Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Fikrət Qəribovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə C.Nəcəfov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, H.Əsədova isə şərti cəza verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Odlar Yurdu Universitetinə tələbə düzəltmək adı ilə dələduzluq ediblər. C.Nəcəfov istintaq zamanı həbs edilsə də, həmin universitetin müəllimi olmuş H.Əsədov azadlıqda qalıb.

Şərhlər

XƏBƏR LENTİ