SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Pampers”, “Can bebe”, “Molfix” qalxdı, məmurlar villalarını pampers kimi dəyişir

“Pampers”, “Can bebe”, “Molfix” qalxdı, məmurlar villalarını pampers kimi dəyişir

Tarix:

6-02-2017, 00:25

/ 10 027 dəfə oxundu.
“Pampers”, “Can bebe”, “Molfix” qalxdı, məmurlar villalarını pampers kimi dəyişir

Azərbaycanda uşaq bezlərinin qiyməti təzədən bahalaşıb

Əldə etdiyimiz məlumata görə, 4 nömrə “Can bebe” 19 manata, “Pampers” isə 23 manata qalxıb.

Artıq uşağı olanlar həyəcan təbili çalır. Ailə büdcəsinə dəhşətli dərəcədə bir zərbə olan bu bahalaşma iqtisadi terror kimidir.

Qiymətlərin kəskin şəkildə qalxması aztəminatlı, işsiz, kirayədə yaşayan, kredit borcu olan ailələrə zərbədir. Xaricdən gətirilən bu məhsulların qiyməti müvafiq orqanlar tərəfindən tənzimlənməlidir. Amma bazarlarda bir xaos hökm sürür.

Azərbaycanda dolların manat qarşısında hər gün bahalaşması ərzaq və digər mallar təsir edir. Son dövrlər Bakıda aptek və dükanlarda "Pampers” markalı uşaq bezləri yoxa çıxmağa başlayıb.

Xüsusən də 5 və 6 ölçülü uşaq bezlərini tapmaq müşkülə çevrilib. Habelə, “Predo”, “Leylək” kimi uşaq bezlərinin də qiymətində artım var.

Eyni zamanda “Molfix” kimi bahalı bez bir az da qalxaraq od qiymətinə olub. İnsanların vəziyyətini nəzərə almadan bahalaşmaya gedən firmalar getdikcə durumu ağırlaşdırır.

Əldə etdiyimiz məlumata görə, ölkədə sürətlə yoxsullaşma gedir. Əhali heç vaxt olmadığı qədər çətin vəziyyətə düşüb.

Olmazmı ki, pampersin qiyməti ucuzlaşdırılsın? Hökumət gənc ailələri nəzərə alsın və pampers monopolistləri qiymətləri azaltsın. Məsələ təkcə pamperslə də bitmir. Uşaq yeməkləri var ki, kifayət qədər bahadır. Ana südü yoxdursa, bu yeməkləri almağa məcbursan.

Bu boyda hökuməti qənaət rejiminə keçirmək mümkün olmayıbsa, körpə uşağı necə qənaətə məcbur etsinlər? 22 ildir məmurlar avtomobillərini, villalarını pampers kimi dəyişir. Məhz bunun nəticəsidir ki, vətəndaş körpəsinə pampers ala bilmir.

Ən maraqlısı isə “Pampers” uşaq bezləri və bəzi uşaq qidalarını Azərbaycana gətirən şəxsin kimliyidir. Bu məhsulları ölkəyə gətirən “Diplomat-1” firmasıdır və onun da rəhbəri sabiq deputat Aslan Cəfərovdur.

1973-cü il təvəllüdlü Cəfərov deputatlıq fəaliyyətindən uzaqlaşdırıldıqdan sonra biznesinin başına qayıdıb. O da qeyd olunur ki, Aslan Cəfərov uşaq bezləri biznesində monopoliya sahibidir. Lakin Cəfərovun bu sahədə rəqibləri də çoxalıb.

Şərhlər

XƏBƏR LENTİ