yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Dekabrda əfv sərəncamı imzalanacaq - Kimlər sevinəcək?

Dekabrda əfv sərəncamı imzalanacaq - Kimlər sevinəcək?
26-09-2017, 09:38 35 899 dəfə baxılıb

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamı imzalana bilər.

Bu barədə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

Ə.Nuriyev bildirib ki, Komissiyasının Katibliyinə hər gün müraciətlər daxil olmaqdadır:

“Müraciətlər həm məhkumlar, həm vəkilləri, həm nümayəndələri, həm ailə üzvləri, həm də qeyri-hökumət təşkilatları tərəfindən daxil olur. Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, Komissiyanın iclaslarına hazırlanır”.

Komissiya üzvü qeyd edib ki, əfv sərəncamının verilməsi ölkə prezidentinin səlahiyyətinə daxildir:

“İclaslarının çağırılması Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səlahiyyətindədir. Əfvin vaxtı isə ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilir.
Güman edirəm ki, Yeni il bayramı və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamının imzalanmasını gözləmək olar. Çünki bir qayda olaraq hər il bu ərəfədə cənab prezident əfv sərəncamı imzalayır. Təbii ki, indidən dəqiq fikir söyləmək olmaz, amma hər halda gözləyək”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sevinecek, , efv, serencami, Dekabrda, Kimler, imzalanacaq
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ