SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təbiətin qəzəbini pula çevirən bələdiyyə sədri: Elman Salmanov vulkan ərazilərini də satıb

Təbiətin qəzəbini pula çevirən bələdiyyə sədri: Elman Salmanov vulkan ərazilərini də satıb

Tarix:

25-09-2017, 23:08

/ 47 959 dəfə oxundu.
Təbiətin qəzəbini pula çevirən bələdiyyə sədri: Elman Salmanov vulkan ərazilərini də satıb

Binəqədi bələdiyyəsinin sabiq rəhbəri Elman Salmanovun qanunsuz əməllərindən bəhs etmişdik. Bugünlərdə redaksiyamıza keçmiş bələdiyyə sədri ilə bağlı yeni informasiyalar daxil olub. Etibarlı mənbənin verdiyi məlumata görə, E.Salmanov bələdiyyə sədri olduğu dönəmlərdə kommunukasiya vasitələrinin – yüksək gərginlikli elektrik xətlərinin, magistral qaz kəmərlərinin keçdiyi əraziləri də müxtəlif şəxslərin adına sənədləşdirib. Hansı ki, bu gün həmin ərazilərdə çoxlu sayda yaşayış evləri, dükan və mağazalar, yardımçı təəsrrüfatlar inşa edilib: “Paytaxtın ən böyük rayonlarından biri sayılan Binəqədi rayonunda hektarlarla torpaq sahəsinin satışını həyata keçirən, bu torpaqlarla şəxsi əmlakı kimi davranan E.Salmanov magistral qaz kəmərlərinin, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi əraziləri də “yiyəsiz” qoymayıb. Belə ki, daha çox magistral yol kəmərlərinin yaxınlığından keçən və bu səbəbdən də əksəriyyətin maraq dairəsində olan bu torpaqların qiyməti də digər yerlərdən əhəmiyyətli dərəcədə yüksək olur. Bu isə daha çox pul, daha çox gəlir deməkdir. Məhz bu səbəbdən də digər ərazilər kimi bu torpaqları da diqqətdən kənarda qoymayan E.Salmanov qanunla satışı və istifadəsi yasaqlanan bu torpaqları da vətəndaşların şəxsi mülkiyyətinə çevirib”.
Elman Salmanovun konstruktoru olduğu “saatlı bombalar” və hər an gözlənilən “əcəl zəngi”
Mənbənin sözlərinə görə, E.Salmanovun magistral qaz və elektrik xətləri keçən ərazilərdə həyata keçirdiyi bu cür satışlar yüzlərlə yaşayış məntəqəsini “saatlı bombaya” çevirib. Bununla bağlı daxil olan məlumatda bildirilir ki, bu ərazilərdən keçən qaz və elektrik xətlərində baş verəcək mümkün qəzaların insanların həyatı üçün ciddi risk təşkil etdiyi birmənalıdır: “E.Salmanovun müxtəlif illərdə vətəndaşlara satdığı ərazilərdə bu gün xeyli sayda mənzil, habelə ticarət obyekti inşa edilib ki, bu da olduqca böyük təhlqkə deməkdir. Çünki həmin ərazidəki qaz xəttlərində baş verən hər hansı bir qəza bu ərazidə məskunlaşan insanlar üçün həyati təhlükə təşkil edəcək ki, bu da ağır fəsadlara, böyük faciələrə səbəb ola bilər. Əslində keçmi bələdiyyə sədrinin öz tamahına dur deyə bilmədiyi üçün vətəndaşlara sırıdığı bu əraziləri və həmin ərazilər üzərində inşa edilən mənzilləri “saatlı bombalar” kimi xarakterizə etmək mümkündür. Çünki bu qəzaların nə zaman baş verəcəyi bəlli olmasa da, bu fəlakətin hər an qapını döyə biləcəyi şübhəsizdir və bir gün bu təhlükə reallığa çevrilərsə, buna görə məsuliyyət sabiq bələdiyyə sədrinin üzərinə düşəcək”.
Elman Salmanov təbiətin qəzəbini necə pula çevirir?
Mənbənin bildirdiyinə görə, keçmiş bələdiyyə sədri hətta aktiv vulkanların yerləşdiyi torpaqları belə pul müqabilində müxtəlif vətəndaşlara satıb: “Binəqədi rayonu ərazisində tam olaraq sönməyən, hələ də aktiv olan bəzi vulkanlar var ki, E.Salmanov bu vulkanların yerləşdiyi torpaqları da ayrı-ayrı şəxslərin sərəncamına verib. Hansı ki, həmin ərazilərdə müvəqqəti məskunlaşma belə qanunla qadağandır və insan həyatı üçün həyati təhlükə kəsb edir. Çünki həmin vulkanların hər an yenidən oyanması və aktivləşməsi baş verə bilər ki, bu da ilk növbədə həmin ərazidə məskunlaşan vətəndaşların həyatı üçün təhlükə deməkdir. Lakin görünən odur ki, hər şeydən ğncə şəxsi mənafeyini düşünən sabiq bələdiyyə sədri vətəndaşların həyatı bahasına belə pul qazanmaqda problem görməyib.
Görünən odur ki, E.Salmanov təbiətin qəzəbini belə pula çevirməyi,vulkan, zəlzələ zonalarından belə gəlir götürməyi bacarır və sahədə müstəsna istedada malikdir. Lakin bir gün günahsız insanların E.Salmanovun bu qeyri-adi istedadından zərər görəcəyi, bunu öz həyatları bahasına ödəyəcəkləri şübhəsizdir”.

cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ