SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prokuror müğənninin atasına cəza istəyəcək- arvadını və qohumunu öldürüb

Prokuror müğənninin atasına cəza istəyəcək- arvadını və qohumunu öldürüb

Tarix:

25-09-2017, 13:33

/ 53 814 dəfə oxundu.
Prokuror müğənninin atasına cəza istəyəcək- arvadını və qohumunu öldürüb

"N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası 55 yaşlı Hüseynov Qurban İsmayıl oğlunun məhkəməsi davam edir. Qurban Hüseynov arvadını və baldızı qızını qətlə yetirməkdə təqsirli bilinir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Növbəti prosesdə prokuror Q.Hüseynova cəza istəyəcək.
Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib.
Bildirək ki, hadisəsə Abşeron rayonu Saray qəsəbəsində baş verib.
Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib.
Q.Hüseynov evdə olan baldızı 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını da öldürüb. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olmuşdu.
Məlum olub ki, Q.Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.
Qurban Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Q.Hüseynov arvadını və qohumunu öldürməsinə səbəb kimi aralarında yaranmış müvahisəni göstərib. O, mübahisə zamanı özünü itirdiyini və onları öldürdüyünü söyləyib.

Şərhlər

XƏBƏR LENTİ