SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 115 saylı baxçanın müdirəsi kimdi? Esmira Məmmədova yoxsa….

115 saylı baxçanın müdirəsi kimdi? Esmira Məmmədova yoxsa….

Tarix:

25-09-2017, 10:44

/ 41 521 dəfə oxundu.
115 saylı baxçanın müdirəsi kimdi? Esmira Məmmədova yoxsa….

Bildiyiniz kimi bir neçə gün bundan öncə saytımızda Bakı şəhəri, Nəsimi rayonu 5-ci mkr, A.Məhərrəmov küçəsi 15 ünvanında yerləşən, 115 saylı uşaq bağçası ilə bağlı redaksiyamıza jurnalist həmkarımız Abbaszadə Mahir Tapdıq oğlunun şikayəti ilə bağlı yazı verilmişdi.
Jurnalist həmkarımız Abbaszadə Mahir Tapdıq oğlu həmin şikayət məktubunda bildirmişdi ki, 115 saylı baxça da uşağını qeydiyyata saldırmaq üçün müdirə onun həyat yoldaşından 300-250 azn pul istəmişdi.
Yazı saytda dərc olunandan sonra 115 saylı baxça müdirəsinin rəsmi kim olması məsələsi ortaya cıxdı. Belə ki, jurnalist həmkarımız Abbaszadə Mahir Tapdıq oğlunun şikayət məktubunda 115 saylı baxçanın müdirəsi Yaqubova Şəfiqə Qüdrət qızı göstərilsə də, araşdırmamız nəticəsində məlum olub ki, 115 saylı uşaq baxçanın müdirəsi Məmmədova Esmira xanım şikayətçiyə özünü bu cür tanıdıb.
Bunun müəmmalı səbəblərindən biri kimi qeyd edə bilərik ki, zaman-zaman 115 saylı uşaq baxçasında baş alıb-gedən rüşvətdir. Hətta vaxtı ilə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 115 saylı uşaq baxça ilə bağlı 2015-ci ildə jurnalist həmkarımız ANS TV-nin əməkdaşı Ləman Əliəşrəf qızı da 115 saylı baxça ilə bağlı sosial şəbəkələrdə xoşagəlməz hadisələrlə haqda yazı yazmışdı.
Digər tərəfdən 115 saylı uşaq baxçanın müdirəsi Məmmədova Esmira xanım özünü Yaqubova Şəfiqə Qüdrət qızı kimi göstərərək, şikayəçidən qeyri-qanuni yolla rüşvət istəməsidir.
Çox maraqlı məqam isə odur ki, Nəsimi rayonu ərazisində yerləşən 115 saylı uşaq baxça ilə bağlı internet resurslarında istifadə edib, araşdırmaq aparan zaman Nəsimi rayon icra hakimiyyətinin rəsmi dövlət saytına (http://nasimi-ih.gov.az/page/15.html) daxil olduqda həmin 115 saylı baxçanın müdirəsi Məmmədova Esmira xanım yox, Yaqubova Şəfiqə Qüdrət qızının adı göstərilir.
Bu anlaşılmazlıqla bağlı Nəsimi rayon icra hakimiyyətinin (+994 12) 440-71-78 telefon nömrəsi ilə əlaqə saxlasaqda, bizə bildirdilər ki, bu texniki problemdi və icra hakimiyyətinin saytı yeniləndə bu problem həll olunacaq.
Digər tərəfdən jurnalist həmkarımız Abbaszadə Mahir Tapdıq oğlunun şikayət məktubu saytımızda və digər saytlarda yayılandan sonra Yaqubova Şəfiqə Qüdrət qızı redaksiyamıza gələrək adının 115 saylı baxça ilə bağlı hallanmasından narazılığın bildirdi. Biz isə Şəfiqə xanımı şikayətçi jurnalist həmkarımız Abbaszadə Mahir Tapdıq oğlu ilə görüşdürdük.
Görüş zamanı jurnalist həmkarımız Abbaszadə Mahir Tapdıq oğlu 115 saylı uşaq baxçanın hazırkı müdirəsi Məmmədova Esmira xanımın özünü Yaqubova Şəfiqə Qüdrət qızı kimi göstərən səs yazısını dinlədik.
Şəfiqə xanım bu məsələnin cinayət tərkibli hal olduğunu bildirirərək, 115 saylı uşaq baxçanın hazırki müdirəsi Məmmədova Esmiranın onun adından istifadə etməsinə görə, məhkəməyə verəcəyini və həmin baxçada müdirə kimi 2014-cü ildə işlədiyini, sonradan öz ərizəsi ilə çıxdığını bildirdi.
Məsələ ilə bağlı 115 saylı uşaq baxçanın müdirəsi Məmmədova Esmira xanımla əlaqə yaradıb, baş verənlərə aydınlıq gətirməsini istədik. 115 saylı uşaq baxçanın müdirəsi Məmmədova Esmira xanım bizə şikayətçı jurnalist həmkarımız Abbaszadə Mahir Tapdıq oğlunun dediklərinin hamısının yalan olduğunu bildirdi.
Biz isə bildirəndəki bəs, Siz 7 aydır ki bu baxçanın müdirəsi işləyirsiniz, amma adınızı şikayətçi jurnalist həmkarımız Abbaszadə Mahir Tapdıq oğlunun xanımına Yaqubova Şəfiqə Qüdrət qızı kimi təqdim etmisiniz. Məmmədova Esmira xanım bu sualımıza cavab verməkdən yayınaraq, guya şikayətçi jurnalist həmkarımız Abbaszadə Mahir Tapdıq oğlu onda pul istəyib, o, da vermədiyi üçün belə yazıb. Hətta 115 saylı uşaq baxçanın müdirəsi Məmmədova Esmira xanım bir azda jurnalist həmkarımıza qarşı böhtan ataraq, lazım gəlsə buranın işçilərindən bir neçəsini Abbaszadə Mahir Tapdıq oğlunun üzünə durğuzub, məndən pul istədiyini deyərəm dedi.
Əslində şikayətçi jurnalist həmkarımız Abbaszadə Mahir Tapdıq oğlu övladı Abbaszadə Ayxanın baxçaya qeydiyyata saldırmaq üçün özü yox, həyat yoldaşının getdiyini və həmin baxça müdirəsi ilə Esmira xanımlada heç vaxt görüşmədiyini bildirib. Buna sübüt kimi 115 saylı baxçanın müdirəsi Məmmədova Esmira xanımın səs yazısı da var.
Araşdırmamız davam edir.

millətinsesi.info
115 saylı baxçanın müdirəsi kimdi? Esmira Məmmədova yoxsa….
115 saylı baxçanın müdirəsi kimdi? Esmira Məmmədova yoxsa….
115 saylı baxçanın müdirəsi kimdi? Esmira Məmmədova yoxsa….

Şərhlər

XƏBƏR LENTİ