SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xətai rayonunda yerləşən 221 saylı məktəbdə korruptiv əməlləri davam edir – ŞİKAYƏT

Xətai rayonunda yerləşən 221 saylı məktəbdə korruptiv əməlləri davam edir – ŞİKAYƏT

Tarix:

25-09-2017, 00:23

/ 52 928 dəfə oxundu.
Xətai rayonunda yerləşən 221 saylı məktəbdə korruptiv əməlləri davam edir – ŞİKAYƏT

221 nömrəli tam orta məktəb 1981 - ci ildən fəaliyyət göstərir. Məktəbdə 1803 nəfər şagird təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 170 nəfər müəllim məşğul olur. Məktəb 2013-cü ildə əsaslı təmir olunmuşdur. Avadanlıqla təchiz edilmiş laboratoriyalar,informatika otaqları,idman zalı və akt zalı fəaliyyət göstərir. Məktəbin TQDK üzrə göstəriciləri yüksək olmuşdur. Məktəb 2011-2012-ci tədris ilində "ilin məktəbi" layihəsi çərçivəsində qalib olmuşdur. Amma bu naliyyətlərin pərdəarxası baş verənlər görülən işlərə kölgə salmaqdadır.
Ötən sayımızda qeyd etdiyimiz kimi, bir müddət öncəyə qədər Heydər Əliyev adına liseyin direktoru vəzifəsində çalışan Fikrət Xəlilov Bakının Xətai rayonu, Admiral Naximov küçəsi 221 ünvanında yerləşən 221 nömrəli tam orta məktəbin rəhbərliyinə gətirildikdən sonra sözügedən təhsil müəssisəsində mövcud olan problemlərin sırasına yeniləri də əlavə olunub.
Belə ki, hazırda 221 nömrəli orta məktəbdə təlim-tədris prosesinin nəzərəçarpacaq dərəcədə zəiflədiyini, neqativ halların çoxaldığını vurğulayan məlumatlı şəxsin bölüşdüyü informasiyada deyilir ki, bütün bunlara görə məsuliyyət məhz Fikrət Xəlilovun üzərinə düşür. Fikrət Xəlilovun indiyədək hansı təhsil müəssisəsinə rəhbərlik edibsə, həmin təhsil ocaqlarında yeyinti, intihar halları, dava-dalaş, qalmaqalın yaşandığını iddia edən mənbə bildirir ki, hazırda bu cür hallara 221 saylı orta məktəbdə rast gəlinir: «Etiraf etmək lazımdır ki, bu gün ölkənin bir çox təhsil ocaqlarında filan məsələ üçün filan qədər pul yığılması hallarına rast gəlinir. Həmin təhsil ocaqlarından biri də Fikrət Xəlilovun direktoru olduğu 221 saylı orta məktəbdir. Həmin məktəbin keçmiş direktoru səlahiyyətini daşıyan Nizami müəllimində məhz bu məktəbdə korrupsiya qarşı aşkarlanan faktlarla işindən azad edilməsinə baxmayaraq F.Xəlilova bu örnək kifayət etməyib.”
Bu gün Azərbaycan təhsilində müəllim haqqlarının kobud şəkildə pozulması azmış kimi valideynlər isə kobud bəhanələrlə soyulmağa başlanılıb. Anası ölmüş nəsiminin dərisin soydular bu qədər səsi çıxmadı, amma valideynləri necə cibini soyurlarsa tədris illinin ilk ongünlükdə validenylər ölkə rəhbəri İlham Əliyevdən və Təhsil naziri Mikayıl Cabbarovdan imdad diləyir.
Təhsilə gətirilən yeni qaydalar təhsilin artırılması na deyil məhs direktorun şəxsi hesabının artırılmasına sui-istifadə edilir. Fikrət Xəlilov rəhbərlik etdiyi 221 saylı orta məktəbin hazırki və vəziyyəti müəllimlərin dilənçi sayağı sinifdə valideynlərdən pul tələb etmələri ilə bağlı durmadan redaksiyamıza məlumat daxil olmaqdadır. Daxil olan məlumatda isə mənbə qeyd edib ki, 7b sinif rəhbəri Ülkər müəllimə validenyləri yığaraq iclas təşkil edərək orda qeyd edib ki FOND pulunu adını dəyişdirib, başqa adla ifadə edərək imkanlı ailələrin büdcəyə pul verməsini istəyib. Aldığımız məlumata görə, Ülkər xanım ingilis dili müəllimi olduğu halda sinif arasında əlaçıları seçərək öz qrupuna zəifləri isə yeni müəllimlərin ixtiyarına verərək özünü əlaçılar yetişdirən müəllim kimi tanıtmaqdadır. Ülkərin 7 b sinifinə rəhbərlik etməsi isə heçdə ucuz başa gəlməyib. 260 manat məbləğ direktora, müavin və Ülkərin özünə bölüşdürüldükdən sonra sinif rəhbərliyini qəbul edib. Hal-Hazırdada bu şəxsi misal olaraq göstərməyimizdə bütün məktəb daxilində baş verən olayların hansı minvalda irəlilədiyini nəzərə çatdırmaqdan ibarətdir. Bir sinif rəhbəri bu qədər burulğanda olduğu halda o məktəbin direktorunun bu baş verənlərdən xəbərsizdirmi? Fikrət Xəlilov məsələdən xəbərsiz olduğunu qeyd edərsə, artıq vəzifə səlahiyyətlərini icra edə bilməməsini elan etmiş olar. Əgər F.Xəlilov məsələdən xəbərdar olduğunu qeyd etdiyi təqdirdə artıq korruptiv əməllərini öz dili ilə ifşa etmiş olacaqdır. Məktəbdə Fond pulu deyilən hansı fondun adıdırsa bu pulların hansı məqsədlərlə yığılmasından valideynlər xəbərsizdirlər. Ülkər müəllimə valideynlərə Fikrət Xəlilovun göstərişini çatdırdığını qeyd edərək bildirib ki, Direktor buyurub imkanlı ailələr 10 manatdan yardım etsinlər. Həmin pulla məktəbə və şagirdlərə test kağızlarının kopya çıxarılması və xadimənin hörməti edilməsi barədə rəhbərliyin göstərişin çatırıb. Texniki işçilərin dövlət tərəfindən ödənilən məvacibini gizlədilərək valideynlərdən pul yığılaraq guya ki, texniki işçilərə maaşı az olduğuna görə əlavə verilir. Bundan əlavə 221 saylı orta məktəbin direktoru Fikrət Xəlilovun məktəbin hissəsini yəni idman zalını qıraq şəxslərə icarəyə verildiyi ilə bağlı məlumat daxil olub.
Məsələ ilə bağlı araşdırmamız davam edir.

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ