SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 146 saylı məktəbin direktoru da QALMAQAL YARATDI - Nazir məktəbə dəvət olundu

146 saylı məktəbin direktoru da QALMAQAL YARATDI - Nazir məktəbə dəvət olundu

Tarix:

23-09-2017, 18:49

/ 81 636 dəfə oxundu.
146 saylı məktəbin direktoru da QALMAQAL YARATDI - Nazir məktəbə dəvət olundu

Redaksiyamıza bir qrup valideyn adından şikayət məktubu daxil olub. Narazı valideynlər yazırlar:

Biz Qaraçuxur qəsəbəsində yerləşən 146 saylı məktəbin direktoru Süleyman Zülfüqarovdan hara və kimə şikayət edək? Məktəbdə rüşvət baş alıb gedir. Rüşvət vermədiyimizə görə övladlarımızın oxuduğu sinfi də dağıtdı. Hansı müəllim ona pul verirsə, onun sinfini də saxlayır.
Patra pulu, fond pulu, süpürgəçi pulu, müəllimlər günü pulu, kitabxanaya hitab gəirməyin pulu... Hər şeyə görə pul tələb edir.
Daha sonra narazı valideynlər yazır: Pul vermədiyimizə görə övladlarımızın oxuduğu 6-cı sinfi də dağıdıb. İndi kimsə uşağını 146 saylı məktəbə göndərmək istəmir. Biz tələb edirik ki, direktorun özbaşınalıqlarına son qoyulsun və dağılmış sinif yenidən bəröa olunsun.

Narazı valideynlər eyni zamanda Təhsil Naziri Mikayıl Cabbarovu da 146 saylı məktəbə dəvət edirlər ki, problemləri öz gözü ilə görsün.

Qarşı tərəfi də dinləməyə də hazırıq.

Şərhlər

XƏBƏR LENTİ