SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Mardan Palace" rezervasiyanı dayandırıb, işçilər maaşını ala bilmir

"Mardan Palace" rezervasiyanı dayandırıb, işçilər maaşını ala bilmir

Tarix:

22-09-2017, 10:18

/ 92 462 dəfə oxundu.
"Mardan Palace" rezervasiyanı dayandırıb, işçilər maaşını ala bilmir

"Mardan Palace" hotelinin işçiləri maaşlarını ala bilmədikləri üçün Əmək və İş İdarəsinə şikayət ediblər.

Türk mediasına istinadən xəbər veririk ki, müvafiq quruma daxil olan şikayət ərizələrinə hotel personalının mütləq əksəriyyəti qol çəkib.

Bununla yanaşı hotelin internet saytı üzərindən satışlar da dayandırılıb. İnternet resurs üzərindən rezervasiya etmək istəyənlər "Aradığınız kriterlere uygun oda bulunamamıştır" bildirişi üzləşirlər. Bundan başqa, hotelin rezervasiya xətti və elektron poçt vasitəsilə müraciətlərə cavab verilmir.

İnzibatçılar isə iddia edir ki, hotel fəaliyyətini dayandırmayıb, onlayn rezervasiyalara isə 1 həftəlik fasilə verilib.

Qeyd edək ki, azərbaycanlı milyarder Telman İsmayılova məxsus və dəyəri 1,4 mlrd. dollar olan "Mardan Palace" 2009-cu ildən etibarən fəaliyyət göstərir.

Şərhlər

XƏBƏR LENTİ