SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AzTV sədrini öldürmək istəyən şəriki həbs edilib - 4,6 milyonluq dələduzluq ittihamı

AzTV sədrini öldürmək istəyən şəriki həbs edilib - 4,6 milyonluq dələduzluq ittihamı

Tarix:

22-09-2017, 10:11

/ 92 213 dəfə oxundu.
AzTV sədrini öldürmək istəyən şəriki həbs edilib - 4,6 milyonluq dələduzluq ittihamı

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun biznes ortağı Şücayət Əkbərov həbs edilib.

Ş.Əkbərov şəriki A.Alışanovun əmlakını ələ keçirmək məqsədi ilə onu öldümrəyə cəhd etməkdə təqsirləndirilir.

Ş.Əkbərov 2017-ci ilin yanvar ayında həbs edilib. O, həm də AZTV sədrinə qarşı dələduzluq etməkdə ittiham edilir.

İttihama görə, Əkbərov Alışanovun 4 milyon 641 min manatlıq əmlakını ələ keçirib. Əkbərov bu ittihamların hər ikisini rədd edib və bildirib ki, əksinə olaraq Alışanov onun əmlaklarını ələ keçirib. Bunu isə Şücayət Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova bildirib. O, bununla bağlı Nərimanov rayon məhkəməsinə müraciət edib.

Səlimə Sadıqova iddia ərizəsində qeyd edib ki, keçmiş əri Əkbərov həbs edildikdən 2 gün sonra polis gücünə bölməyə aparılıb və orada AZTV işçisi Camal Nəbiyevin adına etibarnamə verməyə məcbur edilib. Bu etibarnamə əsasında isə boşanmadan ona qalan bütün əmlak Alışanovun bacısı qızı Nilüfər Cəfərovanın adına keçirilib. S.Sadıqova qeyd edib ki, əslində bütün əmlak Alışanovun nəzarətinə keçib.
Nərimanov rayon məhkəməsi mübahisə predmeti olan əmlakların üzərinə həbs qoyub. Qərardan apellyasiya şikayəti verilib.

Şərhlər

XƏBƏR LENTİ