SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Məni imtahanda qərəzli olaraq kəsdilər” - Şikayət

“Məni imtahanda qərəzli olaraq kəsdilər” - Şikayət

Tarix:

21-09-2017, 15:09

/ 110 339 dəfə oxundu.
“Məni imtahanda qərəzli olaraq kəsdilər” - Şikayət

Bir il müəllim işlədikdən sonra imtahan verib yenidən fəlaiyyətinə davam etmək istəyən, lakin müsahibə mərhələsində kəsilən Bahar Qarayeva onunla bağlı qərarın ədalətsiz olmasından şikayət edib.
Müraciət edən ixtisasca təsviri incəsənət müəllimi olan B.Qarayeva bildirib ki, 2017-ci ilin aprel ayında müəllimlərin diaqnostik qiymətləndirmə imtahanında 48 bal, avqust ayında isə müəllimlərin işə qəbul imtahanında 41 bal toplayıb: “Avqustu 17-də müsahibəyə dəvət olundum. Müsahibə götürən 2 qadın özünü təqdim etmədən, etik normalara uyğun gəlməyən hərəkətlər və ifadələrlə mənimlə rəfdar etməyə başladılar. Mənə ünvanlanmış 15 müsahibə sualından 13-nə cavab verdim və mən həmin müsahibə otağını hamı kimi tərk etdim. Sonradan mənə öz şəxsi səhifəmə gələn cavabla tanış olduqda mənim vakant yer seçiminə buraxılmamağımın şahidi oldum.
Müsahibə zamanı yol verilmiş ədalətsizliyi və qərəzi, şəffaflığın olmamasını özümə qarşı, konstitusiyasında hüquqi, demokratik, dünyəvi dövlət sözləri yazılmış bir ölkənin vətəndaşına qarşı hüquq və azadlıqların kobud şəkildə pozulması kimi qiymətləndirirəm.
Bütün bu diaqnostik qiymətləndirmələr, işə qəbul imtahanları həqiqəti ortaya qoymaqdan ötrüdürsə, onda bu yalançı, dairəvi əlbirliklə idarə olunan “müsahibə oyunları” nədən ötrüdür?”.
“Məni imtahanda qərəzli olaraq kəsdilər” - Şikayət
“Məni imtahanda qərəzli olaraq kəsdilər” - Şikayət
“Məni imtahanda qərəzli olaraq kəsdilər” - Şikayət

qafqazinfo

Şərhlər

XƏBƏR LENTİ