SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Tarix:

21-09-2017, 12:25

/ 100 819 dəfə oxundu.
Şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 35-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ