SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Space telekanalının işçiləri 4 aydır əmək haqqı ala bilmirlər -ŞİKAYƏT

Space telekanalının işçiləri 4 aydır əmək haqqı ala bilmirlər -ŞİKAYƏT

Tarix:

20-09-2017, 12:58

/ 56 612 dəfə oxundu.
Space telekanalının işçiləri 4 aydır əmək haqqı ala bilmirlər -ŞİKAYƏT

Salam.Mən kanalın əməkdaşıyam. 4 aydır maaş ala bilmirik. Xahiş edirik bu məsələni ictimailəşdirin.

Artıq Space televiziyasında işçilər may ayından bu günə qədər öz maaşlarını ala bilnmirlər.Kanalın əməkdaşları televiziyanın mühasibatlıq şöbəsinə yaxınlaşsalar da şöbənin müdiri Elnarə adlı xanım və onun işçisi Cəvahir adlı xanım bildirir ki, televiziyanın hesabında pul yoxdur.Xoşunuza gəlmirsəişdən ərizə yazıb çıxın.Çünki televiziyanın rəhbəri Vaqif Mustafayev aylıq maaşları ödəyə bilmir.Televiziyanın büdcəsində isə pul yoxdur.Televizyaya reklam yerləşdirən şirkətlər isə artıq reklam verməkdən imtina edir.Çünki televizyada bütün layihələrin ömrü 2-3 aydan artıq çəkmir.Buna görə də şirkətlər reklam vermir və riskə gtmək istəmirlər.Televiziyanın əməkdaşları artıq 4 aya yaxındır ki, maaş ala bilmir.Televiziyanın Dövlət Sosial müdafiə Fonduna və Vergilər nazirliyinə külli miqdarda borcu olduğu üçün televiziyanın hesabı bağlanıb.Adıçəkilən qurumların Space televiziyasını məhkəməyə verildiyi bildirilir.İşçilərin bir qismi ərizə yazıb işləməkdən imtina etsə də qalan əməkdaşları toplayan Vaqif Mudtafayev onları bir yerə toplayaraq xahiş edib ki, bu çətin durumda işi atıb onu pis vəziyyətdə qoymasınlar.Vəziyyət xaotik həddə çatdığı üçün televiziyanın Hər gün xəbərlər xidmətlərinin əməkdaşları və digər əyləncəli verilişlərinin əməkdaşları çarəni rüşvət almaqla dolanmaqda görürlər.Qalan yüzlərlə işçinin isə yaxın günlərdə televiziyanın təsisçisi və sahibi olan xanım Sevil Əliyevaya müraciet edəcəkləri bildirirlir.

HÖRMƏTLƏ : Space telekanalının işçisi Əhməd Məmmədov

azadlıq.info

Şərhlər

XƏBƏR LENTİ