yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Qolumun birini kəsmişəm, ayağımı da kəsəcəm" - MƏHKƏMƏDƏ ETİRAZ

20-09-2017, 12:39 54 691 dəfə baxılıb

Meşədə adam öldürməkdə təqsirləndirilən Elnur Məmmədov və Elçin Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Prosesdə təqsirləndirilən şəxslərə son söz verilib. Elçin Həsənov bu işdə heç bir günahının olmadığını, sadəcə Elnurla mərhum arasında baş verən davanı sakitləşdirməyə çalışdığını deyib. Digər təqsirləndirilən Elnur Məmmədov da son sözündə Elçinin günahın olmadığı deyib: "Öləni mən vurmuşam. Amma Elçinin heç bir günahı yoxdur. O sadəcə bizi aralaşdırıb. Bu yetimin günahı bu olub. Mən 4 bıçaq vurmuşam. Hələ biri də Elçinin əlinə dəyib. İşə düzgün baxılmadı. Mənə 18 yox, 25 il də versələr xeyri yoxdur. Qolumun birini kəsmişəm. Ayağımı da kəsəcəm. Özümə qəsd edəcəm. Mənə nə versələr razıyam".

Hakimlər kollegiyasının hökmünə əsasən E.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə təqsirləndirilən Elçin Həsənovun əməli isə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə tövsif edilib. E.Həsənov 4 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il dekabrın 23-də Bakı şəhərində baş verib. E.Məmmədovla E.Həsənov Elşad Əmirovu qətlə yetirib. Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi, Səbail rayon Mühafizə İdarəsi və Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Elşad Əmirovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü - Elnur Məmmədov tutulub. Qeyd edək ki, Tovuz rayonunda anadan olmuş, Ramana qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayan 1988-ci il təvəllüdlü Elşad Əmirovun Suraxanı rayonunun Bülbülə qəsəbəsində, 16 nömrəli Cəzaçəkmə Müəssisəsi yaxınlığında meşəlik deyilən ərazidə meyiti aşkar edilib. Dekabrın 23-də Bakı şəhər sakini Elşad Əmirovu qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini Elçin Həsənov tutulub, daha sonra Elnur Məmmədov həbs edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , da, MEHKEMEDE, ayagimi, Qolumun, birini, ETRAZ, kesecem, kesmishem
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ