SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah da hava isti olacaq

Sabah da hava isti olacaq

Tarix:

19-09-2017, 12:33

/ 36 493 dəfə oxundu.
Sabah da hava isti olacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Daxil olan məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 30-35, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 35-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ