SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "OBA market"dən sosiska aldı, zəhərləndi

"OBA market"dən sosiska aldı, zəhərləndi

Tarix:

19-09-2017, 09:42

/ 36 085 dəfə oxundu.
"OBA market"dən sosiska aldı, zəhərləndi

Bakıda vətəndaş mağazadan aldığı sosiskadan zəhərlənib.

Bu barədə müştəri müraciətində deyib. O bildirib ki, paytaxtda yerləşən "OBA market"lərin birindən aldığı sosiskadan zəhərlənib. Zəhərlənməsinə səbəb məhsulun son istifadə müddətinin keçməsi olub.

Sözügedən problemlə bağlı "OBA market"lər şəbəkəsi ilə əlaqə saxladıq. Bildirildi ki, bu barədə lazımı şəxslərə məlumat veriləcək və araşdırma başladılacaq. Məsələnin doğru, yaxud yalan olması araşdırmadan sonra bilinəcək.

Daha sonra açıqlama verən OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev bildirdi ki, qeyd olunan halla bağlı aidiyyatı şöbələr tərəfindən araşdırma aparılır:

"Marketdə satılan məhsulların son istifadə tarixi hər gün yoxlanılır. Müştəri ilə əlaqə saxlamışıq. Məsələni hazırda araşdırırıq. Araşdırma bitdikdən sonra bu halla bağlı ətraflı məlumat veriləcək".

Metbuat.az

Şərhlər

XƏBƏR LENTİ