SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıdakı köçkün məktəblərində "OŞ" əməliyyatı — Direktor müəllimlərin boynuna "tas" qoyur

Bakıdakı köçkün məktəblərində "OŞ" əməliyyatı — Direktor müəllimlərin boynuna "tas" qoyur

Tarix:

18-09-2017, 15:35

/ 53 294 dəfə oxundu.
Bakıdakı köçkün məktəblərində "OŞ" əməliyyatı — Direktor müəllimlərin boynuna "tas" qoyur

Bakı şəhərində yerləşən köçkün Ağdam məktəblərində işləyən bir qrup müəllim onlardan qanunsuz pul yığıldığı barədə məlumat veriblər.
Müəllimlərin sözlərinə görə, Binəqədi rayonu ərazisində yerləşən Ağdam rayon 149 saylı orta məktəbin direktoru Arzu Qədirova onlardan Təhsil Nazirliyinə məktəb kontingentinin sayı barədə məlumat verəcəyi vaxt hər müəllimdən 50-100 manat arası pul tələb edir. Müəllimlərin sözlərinə görə bu il ibtidai sinif müəllimlərindən 500 manat pul istənilib. Bu hesabat pulsuz olduğu halda məktəb direktoru müəllimlərdən pul tələb edir. Pul verməkdən imtina edənləri isə dərs saatının azaldılması və işdən çıxarmaqla hədələyir.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovdan münasibət öyrəndik.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri məsələ ilə bağlı bildirdi ki, şikayəti araşdıracaqlar.

Qeyd edək ki, ildə iki dəfə təhsil müəssisələri ÜM (ümumməktəb) forması üzrə Təhsil Nazirliyinə hesabat verir.

Ölkə.Az

Şərhlər

XƏBƏR LENTİ