yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Sürücünün öldürdüyü gənc xanım hamilə imiş - DƏHŞƏT

Sürücünün öldürdüyü gənc xanım hamilə imiş - DƏHŞƏT
18-09-2017, 12:41 53 247 dəfə baxılıb

39 saylı avtobusun dayanacağa çırpılması nəticəsində övladının həyatını qurtarmaq bahasına öz həyatını itirən 29 yaşlı ana ilə bağlı ürəkparçalayan faktlar məlum olub.

Məlumata görə, sentyabrın 17-si səhər saat 7 radələrində baş verən qəzada həyatını itirən 29 yaşlı Günel Əsgərovan hamilə olub. Hadisə ikinci övladına hamilə olan qadının səhər Yasamal rayonunda yaşayan anasıgilə gedərkən baş verib.

Məlumata görə, G.Əsgərova Yasamal rayonunda yerləşən 38 saylı məktəbdə ingilis dili müəlliməsi işləyirmiş. Mərhumun anası da sözügedən məktəbdə direktor müavinidir. G.Əsgərova evin sonbeşiyi olub. Bildirilir ki, ailədə ondan yaşça çox böyük bacıları da var.

Evin sonbeşiyi olan G.Əsgərova həmin gün yeni dərs ilinin açılması ilə əlaqədar özünə yeni geyimlər almaq üçün 1 yaşlı övladını anasının yanına qoyaraq alış-verişə getməyi planlaşdırıbmış.

Məlumata görə, Binəqədi rayonunda yaşayan G.Əsgərova “İnşaatçılar” metrostansiyasının qarşısındakı dayanacaqda 77 nömrəli avtobusdan düşərkən 39 saylı avtobus onun üzərinə gəlib. Hadisə şahidləri bildirib ki, sözügedən iki marşrut avtobusu dayanacağa birinci çatmaq uğrunda bir-biri ilə yarışıb. Elə qəza da bu zaman baş verib. Avtobusdan düşən 29 yaşlı ana səkiyə çıxmq istəyən zaman arxadan gələn avtobus yol kənarındakı dəmir borunu vuraraq onun üzərinə aşırıb. Daha sonra isə üzərindən keçib. Həm dəmir borunun, həm də avtobusun altında qalan ana xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Qeyd edək ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Hakim Saatov tutulub. Məlum olub ki, sürücü avtobusu sürücülük vəsiqəsi olmadan idarə edib.

H.Saatov bundan öncə də idarə etdiyi avtobusla qəza törətdiyi üçün həbsdə olub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: hamile, , Surucunun, oldurduyu, DEHShET, genc, xanim, imish
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ