SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İlk dərs günü qəzada ölən azyaşlı qardaşların - Fotosu

İlk dərs günü qəzada ölən azyaşlı qardaşların - Fotosu

Tarix:

16-09-2017, 15:09

/ 82 192 dəfə oxundu.
İlk dərs günü qəzada ölən azyaşlı qardaşların - Fotosu

Dünən Ucar rayonunda baş verən dəhşətli qəzada həyatını itirən iki azyaşlının fotosu yayılıb.

Sentyabrın 15-də saat 17 radələrində Ucar rayonunun Müsüslü kəndində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər sakini Elmin Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobili yolayırıcısına çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən 6 yaşlı Ucal Elmin oğlu Hüseynov və 4 yaşlı Firdovsi Elmin oğlu Hüseynov hadisə yerində ölüblər. Digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib. Məlumata görə, 6 yaşlı Ucal dünən ilk dəfə məktəbə gedibmiş.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
İlk dərs günü qəzada ölən azyaşlı qardaşların - Fotosu
İlk dərs günü qəzada ölən azyaşlı qardaşların - Fotosu

Şərhlər

XƏBƏR LENTİ